
“Təmiz Şəhər” ASC məişət tullantılarının yığılması, yerləşdirilməsi, zərərsizləşdirilməsi sisteminin qurulması, idarə edilməsi və nəticə olaraq şəhərin ekoloji vəziyyətinin yaxşılaşdırılması məqsədilə yaradılmış bir təşkilatdır.
Uyğun olaraq “Təmiz Şəhər” ASC-nin korporativ üslublu “təmizlik”, “səliqə”, “yaşıllıq”, “zərərsizlik”, “sağlam ekoloji durum” kimi anlayışlarla identifikasiya olunmalıdır.
Loqotipdə “Təmiz Şəhər” ASC-nin birbaşa fəaliyyətinə aid olanı, yəni “təmizlik” və fəaliyyətin bilavasitə nəticəsi, yəni “sağlam ekoloji durum” aparıcı element kimi qarşıya çəkilmişdir. Loqotipdə istifadə edilmiş əsas qrafik element “yaşıl yarpaq”, “pöhrə”, “cücərti” kimi təqdim olunur. Bu “yeni həyat”, “inkişaf”, “başlanğıc” deməkdir. Uyğun olaraq loqotipin bir hissəsi yaşıl rənglə verilib, yaşıl rəng də “pöhrə” elementini gücləndirməyə xidmət edir. İkinci element və loqotipin digər hissəsi mavi rəngdədir, bu “su” və “təmizlik” deməkdir. Bu hissəyə aid olan qrafik elementi “su damlası” kimi də qəbul etmək olar. Birlikdə bu iki müxtəlif rəngli hissənin kombinasiyası bir-birini tamamlayır.
Loqotipin “təmiz” hissəsi olan su – təmizlik, “şəhər” hissəsi yaşıllıq – həyat deməkdir ki, bunlar da vəhdətdə olmalıdırlar. Və nəticə olaraq loqotipin konsepsiyası “təmizliyin şəhəri yaşatması, şəhərə həyat verməsi” mənasına gəlir.