Ana səhifə Əks əlaqə Xəritə           az  |  en 

Maraqlı faktlar

Tullantıdan enerjiyə!
 
Hər bir İsveçli ildə 500 kq və ya yarım ton məişət tullantısı yaradır. İsveçdə tullantıların səmərəli idarəedilməsi sayəsində, bu tullantıların böyük hissəsi təkrar emal olunur və ya yenidən istifadə edilir və yalnız 4% poliqona göndərilir. 2 milyon tondan çox bərk məişət tullantısı və təxminən o qədər həcmdə sənaye tullantıları isveç TYZ (Tullantıların Yandırılması Zavodu) yandırılır. Bu üsulla əldə olunan enerji ilə 810 min ev istiliklə təmin olunur ki, bu da ətrafda istehsal olunan bütün istiliyin 20%-ni təşkil edir.
 
 
İsveçdə üzvi tullantıların basdırılması qadağandır
 
İsveçdə üzvi tullantıların poliqonda basdırılması 2005-ci ildən qadağan edilmişdir. Yandırma, tullantıların idarəedilməsi üsulu kimi poliqonda basdırılmanı geniş şəkildə əvəz etmişdir ki, bunun da nəticəsində bərk məişət tullantıları poliqonunda metan ayrılmaları kəskin şəkildə azalmışdır. Tullantı sektoru 1990-2006-cı illlər ərzində istilik qazlarını 34% azaltmışdır. İqlim üzrə Komitənin proqnozuna əsasən İsveç parlamenti və hökuməti tərəfindən qəbul edilmiş plan 1990-2020-ci illər ərzində istilik ayrılmalarını 76% azaltmağa imkan verəcək. 1980-ci illərin ortasında yandırmanın həcmi üç qat artmış, enerji istehsalı isə 5 dəfə artaraq qaz ayrılmalarının 99% azalmasına səbəb olmuşdur. 
 
 
Isveçrədə tullantı problemi necə həll edilir
 
İsveçrəlilər tullantıların təkrar emalı üzrə rekordçudur. Lakin tullantıların utilizasiyası ilə nəinki əhali, hətta “İsveçrənin Federal dəmir yolları” kimi dövlət şirkəti də məşğul olur. Hər il aşağıdakılar təkrar emal olunur:
• 2,5 milyon plastik qab;
• 2 milyon alüminium qab;
• təqribən 1 milyon şüşə qab;
• 3 608 ton qəzet və jurnal.
2000-ci ilin yanvar ayından etibarən İsveçrədə təkrar emala yararlı olmayan bütün tullantıların xüsusi filtr sistemləri ilə təchiz olunmuş zavodlarda yandırılması ilə bağlı qərar qəbul edilmişdir.
Beləliklə, tullantıların basdırılma zərurəti aradan qaldırıldı. İsveçrədə 28 tullantıların yandırılması zavodu 215 min ton yanacağa qənaət edərək, 250 min yaşayış evini təchiz edən elektrik enerjisi istehsal edir.
 
 
Antalyada polietilen paketlərdən istifadəyə qadağa qoyulub
 
Antalya şəhərinin rəhbərliyi ekologiyanı və ətraf mühiti çirkləndirən polietilen paketlərdən istifadəyə qadağa qoyub. Bundan sonra şəhər sakinləri, o cümlədən turistlər polietilen paketlərdən istifadə edə bilməyəcək.

Şəhər rəhbərliyi bu növ maldan hazırlanmış paketlərin istifadəsinə qadağa qoyub. Antalya sakinlərinə kağız və ya parçadan hazırlanmış torbalardan istifadə etmək tövsiyə olunur ki, bu növ materialdan hazırlanmış paket və torbalar daha sonra təkrar emal olunaraq yenidən istifadəyə verilə bilər.

Polietilen paketlərdən istifadəyə görə hələ cərimə müəyyən edilməyib və özü ilə xarici ölkədən polietilen paket gətirən, Antalya ərazisində onu atmayan və yenidən gəldiyi ölkəyə aparan turistlərə icazə verilib-verilməyəcəyi də hələ məlum deyil.
 
 
Mobil telefonlar sürətlə artan tullantı növləri arasındadır
 
Orta statistik Şimalı Amerikalı hər 18-24 aydan bir yeni mobil telefon əldə edir ki, bununla da onlar bir çoxunun tərkibində qurğuşun, civə, kadmium, bromlu yanğınadavamlı vasitələr və zəhərli qeyri-metal elementləri kimi təhlükəli materiallar olan öz köhnə mobil telefonlarını ölkə ərazisində sürətlə artan tullantı növünə çevirirlər. ABŞ-ın Ətraf Mühit Agentliyinin verdiyi məlumata görə Amerikalılar hər il 125 milyon ədəd telefon atır ki, bu da 65,000 ton tullantının yaranmasına səbəb olur.
 
www.environment.about.com
 
 
2012-ci ildə insanlar mobil telefon aparatları üçün köhnə elektrik yükləyicilərini atmayacaqlar.
Beynəlxalq Elektron Rabitə Birliyi mobil telefonların elektrik yükləyici cihazrları üçün vahid standartı təsdiq etdi.  Bütün növ mobil telefon aparatları üçün ümumi elektrik yükləyicisi 2012-ci ildə meydana gələcək və microUSB interfeysi ilə təchiz ediləcək. Avropada bu cihaz artıq 2010-cu ildə meydana gələcək, belə ki, bir neçə ay bundan əvvəl dünyanın on aparıcı mobil telefon istehsalçıları arasında müvafiq razılaşma əldə edilmişdir.

Beynəlxalq Elektron Rabitə Birliyi GSMA assosiasiyası ilə birgə yeni standart işləyib hazırlamışdır, hesablamalara görə, müxtəlif mobil telefon istehsalçılarının interfeyslərinin uyğunsuzluğu səbəbindən hər il təqribən 50 min ton elektrik yükləyiciləri zibilliklərə göndərilir. Vahid standartın tətbiqi anoloji tullantıarlın miqdarını əhəmiyyətli dərəcədə azaltmağa imkan verəcək və bununla da istilik effekti yaradan qazların atmosferə buraxılmasını ildə 13 milyon ton azaldacaq.
 
www.2074.ru  
 
 
Çində polietilen qablardan istifadəyə qoyulan qadağa 37 milyon barrel xam neftə qənaət edəcək.
 
Çin sadə bir mesajla digər ölkələri bu sahədə geridə qoyur: Öz Çantanı Gətir

Çin heç vaxt ətraf mühit rolu modelini nəzərdən keçirməmişdir. 1,3 milyard əhalisinə misli görünməmiş karbon emissiyalarını ətraf mühitə buraxan və son vaxtlar oyuncaqlarla bağlı baş verən çox saylı qalmaqallar, onu deməyə əsas verərdi ki, Çin ətraf mühitə əlverişsiz təsiri aradan qaldırmaqdan imtina edən bir ölkə kimi çıxış edir və nümunə kimi göstərilir.

Belə ki, gözlənilmədən qırmızı işığı yaşıl işıq əvəz etdi.

Dünən Çinin Dövlət Şurası bütün ölkə ərazisində polietilen (plastik) qablara qadağa qoydu. Şura ölkə ərazisində fəaliyyət göstərən bütün dükan, mağaza və supermarketlərdən (irili-xırdalı) 1 iyun tarixindən etibarən alış-veriş zamanı polietlien qabalardan istifadə etmələrini tələb edib.

“Daily Mail” qəzetinin verdiyi məlumata əsasən, Çin digər hər hansı ölkə ilə müqayisədə daha artıq miqdarda polietilen qablardan istifadə edir. Çin polietilen qabların istifadəsində hər il 37 milyon barrel xam nefti demək olar ki, havaya sovurur. Bütün ölkə ərazisində qoyulan qadağa şübhəsiz ki, Çinə, xüsusilə də Pekin Olimpiya Oyunlarından qabaq, öz korlanmış imicini bərpa etməyə kömək edəcək.

İrlandiya və Uqanda dövlətlərlə yanaşı Çin də bu sahədə qadağa tətbiq edən ölkələr siyahısına başçılıq edir, ümid edək ki, Amerrika Birləşmiş Ştatları bu tendensiyanı davam etdirmək üçün irəliyə doğru addımlar atacaq.
 
www.thedailygreen.com
 
 
"Tullantıdan enerjiyə" zavodları
 
Dünyanın 600 artıq bərk məişət tullantılarından elektrik enerjisi istehsal edən zavodlarında 130 milyon tondan artıq tullantı yandırılır ki, bundan da hər il 100 PJ eletkrik enerjisi istehsal edilir. Bu təqribən 10 milyon Avropalı istehlakçısının (ildə 10 Gj) elektrik enerjisinə olan tələbatına bərabərdir.
 
www.iswa.org
 
 
Bilirsinizmi?

  •     Məişət tullantılarının təqribən 10%-i qəzet və jurnallar təşkil edir.
  •     Bir ton kağız isthesal etmək üçün 17 ağac kəsilir.
  •    Təkrar emal olunan hər ton kağız üçün ildə orta üç çarpayılı evi idarə etməyə yetəcək qədər elektrik enerjisinə qənaət edilir.
  •     Polad və alüminium konserv qutuları 100%  təkrar emal oluna bilər. Yalnız 6 həftə ərzində onlardan soyuducu, təyyarə, avtomobil və ya sadəcə başqa bir konserv qutusu istehsal etmək üçün istifadə oluna bilər.
  •     Yalnız təkrar emal olunan bir alüminium konserv qutusu televizordan 3 saat ərzində istifadə etməyə yətəcək qədər elektrik enerjisinə qənaət edir!
  •     Dünya əhalisinin 70%-dən çox hissəsi geyilmiş “ikinci əl” paltarlardan istifadə edir.
  •    Bir ton tekstil istehsalına sərf olunan eletkrik enerjisi bir ton şüşə istesalına sərf olunan elektrik enerjisindən 10 dəfə artıqdır.
  •     Şüşə butulkalar və qablar məişət tullantıalrının 7%-ni təşkil edir.
  •     Hər bir orta ailə hər il 21 batareya istifadə edir.Bir çox batareyaların tərkibində ağır metallar olur ki, yandırıldığı zaman toksik hava çirklənməsinə səbəb olur. Bu metalların çoxu bərpa və ya təkrar emal vasitəsilə təkrar istifadə oluna bilər.
www.green-networld.com
 
 
Belçikada plastik paketlərə qarşı vergi

Belçikada plastik paketlərin istifadəsi son 5 il ərzində 80% azalıb, bununla birgə, 2007-ci ildə ölkədə tətbiq olunan ekoloji vergidən dövlət büdcəsinə gələn gəlir də azalıb.

Plastik paketlərə qarşı tətbiq olunan ekoloji verginin təşəbbüskarı Belçikanın keçmiş ekologiya naziri Bruno Tobbuk olub. Vergi 1 iyul 2007-ci il tarixdə qüvvəyə minib  və artıq ilk 6 ay ərzində büdcəyə 400 min avro gətirib. 2008-ci ildə bu rəqəm üç dəfə artaraq 1,2 milyon avro təşkil edib. Lakin 2009-cu ilin ilk yarımilliyində ekovergidən gəlir azalaraq cəmi 192 min avro təşkil edib.

Ümumiyyətlə, son illərdə Belçikada ölkənin mağazalarının plastik paketlərdən tədricən imtina etməsinə və bu paketlərin digər – təbiətdə tez parçalanan və təkrar emala yararlı materiallardan hazırlanmış paketlərlə əvəz olunmasına yönəlmiş aksiyalar keçirilmişdir.
Belçikanın Maliyyə Naziri Didye Reydersin sözlərinə görə, son ildə ekovergidən gələn gəlirin azalması  uğurun göstəricisidir.

РИА Новости


Amerikanın Lamar qraflığında zibildaşıyan maşınlar GPS sistemi vasitəsilə izlənilir

Lamar qraflığında (Missisipi ştatı, ABŞ) munisepal avtonəqliyyatın GPS naviqasiya sistemi vasitəsilə  izlənilməsi tətbiq olunub, peyk kontrolu altına birinci düşən nəqliyyat da zibildaşıyan maşınlar olub.

Peyk nəzarət sistemi və nəqliyyat üçün cihazlar 41 min ABŞ dollarına başa gəlib. Lakin bu rəqəm yerli hakimiyyət orqanlarını heç də qorxutmur, onlar düşünürlər ki, GPS texnologiyalarından istifadənin iqtisadi effekti  bu sistemin əldə olunması üçün xərclənən bütün vəsaiti üstələyəcək.

GPS sisteminin üstünlüklərini ilk öncə zibildaşıyan maşınlar öz üzərində sınaqdan keçirdilər. İndi bütün yığma məntəqələrində sürücü xüsusi düyməni basmaqla vaxtı, tarixi və koordinatları dispetçerə göndərir. Nəticədə, hər növbənin sonunda zibildaşıyan maşınların işi haqda tam məlumat mövcud olur.

Hakimiyyət orqanları ümid edirlər ki, GPS sisteminin istifadəsi nəticəsində 2009-2010-cu illər ərzində 120 min dollar qənaət etmək mümkün olacaqdır.

www.gpserach.org


Şüşə qablarının sənaye istehsalının əvvəli

Şüşə qablarının sənaye istehsalı pressləşmiş şüşə icad olunandan sonra başlayıb. Bu 1824-cü ildə baş verib. XIX əsrin sonlarında isə amerikalı mühəndis Maykl Ouensin şüşə qablarını istehsal edən maşının icadından sonra şüşə qabların istehsalı avtomatlaşmış şəkildə həyata keçirilməyə başladı. 1920-ci ildə Amerika Birləşmiş Ştatlarında Ouensin 200-dən artıq maşını istismar olunurdu.

www.unipack.ru


Selofanın icad olunması

Sellofan 1911-ci ildə süfrələrin ləkələnməməyi üçün xüsusi örtük fikirləşmək istəyən İsveçrəli kimyaçı tərəfindən icad olunmuşdu. Lakin sellofanın sənaye istehsalı “Du Pont” kompaniyası 1923-cü ildə bu materialı patentləşdirdiyindən sonra geniş miqyas aldı. Həmin kompaniya 1927-ci ildə sellofanı daha da mükəmməlləşdirməklə onu ərzaq saxlamaq üçün sukeçirməyən materiala çevirdi.

www.unipack.ru


Plastmas erasının əvvəli

1907-ci ildə alman alimi Frederik Kippinq sillikon materialını, onun belçikalı həmkarı isə fenoloformaldegid qatranını icad etmişdi. Bu iki ixtira plastmas erasının təməlini qoydu. Uzun müddət plastmas müxtəlif məişət avadanlığı və ləvazimatlarının istehsalı zamanı bəzi natural materialların əvəzedicisi kimi istifadə olunub. Modern stili tələb edən incə formaların yaradılması üçün  plastmas materialı əvəzedilməz idi. Lakin, dekorativ qapaqlarları nəzərə almasaq, qablaşdırma istehsalında İkinci Dünya müharibəsinə qədər plastmas materialı lazımi tətbiqini tapmamışdı.

www.unipack.ru


Alluminium qablar haqda maraqlı məlumat

  1. Bir alluminium qab məhdudiyyətsiz təkrar emal olunur, bununla bərabər yenidən istehsal olunan qabların keyfiyyəti dəyişmir.
  2. Təkrar emala verilən bir alluminium qab televizorun 2 saat ərzində işləməsi üçün tələb olunan enerji qədər qənaət edir.
  3. Dünyada hər ikinci alluminium qab təkrar emal nəticəsində istehsal olunur.
  4. Hər 2 saniyə dünyada yeni insan anadan olur. Bu vaxt ərzində 140 alluminium qab istehsal olunur.

www.unipack.ru


Zibilin yandırılması onun basdırılmasından daha faydalıdır

Zibilin yandırılması ətraf mühitə onun basdırılmasından daha az ziyan vurur. Zibilyandırma zavodlarının analizi göstərir ki, nəticədə atmosferə, torpağa və suya daha az zərərli maddələr ayrılır.

Avropanın və ümumilikdə dünyanın ən inkişaf etmiş ölkələrində belə tullantıların yüz faizlik emalı təcrübəsi mövcud deyil. Orta hesabla, bütün tullantıların 30% təkrar emalı yaxşı göstərici sayılır.

www.rosbalt.ru
 
 

 
 

 
 
 
 
 

 
 
 
Xəbərlər 17.06.10 İçərişəhər sakinləri ilə «Çay məclisi» keçirilmişdir. 05.06.10 5 iyun “Ümumdünya ətraf mühit günü”dür 04.06.10 Heydər Əliyev Fondunun dəstəyi ilə Qala Dövlət Tarix Etnoqrafiya qoruğunda festival keçirilib
Press-Relizlər 10.08.10 “Təmiz Şəhər” ASC Avropa Davamlı Enerji Kampaniyası layihəsinin rəsmi tərəfdaşı elan edildi 31.07.10 “Təmiz şəhər naminə” yay məktəbi başa çatmışdır 16.07.10 “Təmiz Şəhər” ASC məktəblilər üçün yay məktəbi keçirəcək

(+994 12) 464 41 10/11

Ünvan: AZ1025, Azərbaycan Respublikası,
Bakı şəh., Xocalı pr. 55, AGA biznes mərkəzi,
Tel.: (+99412) 464 41 10/11
Faks: (+99412) 464 41 12
E-mail:info@tamizshahar.az