

 |
|
 |
|
İçərişəhərdə tullantıların çeşidlənməsi layihəsi
“İçərişəhər” Dövlət Tarixi-Memarlıq Qoruğu ərazisində yaranan bərk məişət tullantılarının daha səmərəli idarə edilməsi məqsədi ilə 2010-cu ilin fevral ayından etibarən “Təmiz Şəhər” ASC-nin dəstəyi ilə tullantıların çeşidlənməsi üzrə tədbirlərin həyata keçirilməsinə başlanılmışdır. Layihə çərçivəsində İçərişəhərin “Dünya İrs”inə daxil olan ərazi kimi səhmanlı görkəminin təmin edilməsi 2010-cu il – “Ekologiya ili” ərzində mərhələli şəkildə reallaşdırılması nəzərdə tutulmuşdur. “Təmiz Şəhər” ASC tərəfindən hazırlanmış tədbirlər planı çərçivəsində İçərişəhər əhalisi, burada fəaliyyət göstərən təşkilatlar və Qoruğun qonaqları arasında maarifləndirmə işləri aparılmışdır. Burada ictimai aksiyaların keçirilməsi və müxtəlif maarifləndirici təşviqat materialları paylanması əhalinin bərk məişət tullantıları ilə rəftarı haqqında biliklərinin artırılmasına xidmət etmişdi. Eyni zamanda ilkin mərhələdə üzvi və qeyri-üzvi tullantıların çeşidlənməsinə başlanılmışdır. Bu məqsədlə tullantıları ayırmaq üçün xüsusi işarələnmiş konteynerlər Qoruq ərazisində yerləşdirilmişdir, əhaliyə ikiseksiyalı tullantı qabları və müxtəlif rəngli tullantı torbaları paylanmışdır. Növbəti mərhələnin 2010-cu ilin ikinci yarısında başlanması planlaşdırılır. Həmin mərhələdə qeyri-üzvi tullantıların təkrar emala yararlı materiallar üzrə tam çeşidlənməsi üçün təkrar olaraq əhali arasında geniş maarifləndirmə proqramı həyata keçiriləcək və ərazidə müvafiq konteynerlər quraşdırılacaqdır. Nəticə olaraq cari ilin sonunadək Qoruq ərazisində yaranan bərk məişət tullantılarının tam şəkildə çeşidlənməsi üzrə tədbirlər başa çatdırılacaqdır.
|
Xəbərlər
17.06.10
İçərişəhər sakinləri ilə «Çay məclisi» keçirilmişdir.
05.06.10
5 iyun “Ümumdünya ətraf mühit günü”dür
04.06.10
Heydər Əliyev Fondunun dəstəyi ilə Qala Dövlət Tarix Etnoqrafiya qoruğunda festival keçirilib
Press-Relizlər
10.08.10
“Təmiz Şəhər” ASC Avropa Davamlı Enerji Kampaniyası layihəsinin rəsmi tərəfdaşı elan edildi
31.07.10
“Təmiz şəhər naminə” yay məktəbi başa çatmışdır
16.07.10
“Təmiz Şəhər” ASC məktəblilər üçün yay məktəbi keçirəcək
|
|
|
|
|
 |