Ana səhifə Əks əlaqə Xəritə           az  |  en 

Heydər Əliyev Fondunun dəstəyi ilə Qala Dövlət Tarix Etnoqrafiya qoruğunda festival keçirilib

04.06.2010

Heydər Əliyev Fondunun dəstəyi ilə Azərbaycan xalqının zəngin tarixi keçmişini, qədim və mükəmməl məişət ənənələrini yaşatmaq, gənc nəslə tanıtmaq və təbliğ etmək məqsədilə bu gün Qala Dövlət Tarix Etnoqrafiya qoruğunun ərazisində “Qala festivalı” keçirilib. Beş min il tarixi olan qəsəbədə III minillikdən başlayaraq, XX əsrə qədər tarixi olan kurqanlar, sərdabələr, yaşayış evləri, məqbərələr, məscidlər, hamamlar, qədim əsrin qalıqları mövcuddur. Vaxtilə Qalada salınmış məhəllələrdən bir neçəsi bu günədək qorunub saxlanıb.

2008-ci ildə Heydər Əliyev Fondunun dəstəyi ilə yaradılan açıq səma altında ilk Arxeoloji Etnoqrafik Muzey kompleksində yerli tarixi və mədəni abidələrlə yanaşı, Abşeron rayonunda aşkar edilən digər arxeoloji tapıntılar yer alıb. Muzey kompleksində eramızdan əvvəl III-II minilliklərə aid yaşayış və digər memarlıq abidələri ilk görünüşündə olduğu kimi qurulub.

Elə bu gün Heydər Əliyev Fondu və “Təmiz şəhər” Açıq Səhmdar Cəmiyyətinin birgə layihəsi əsasında Qala Dövlət Tarix Etnoqrafiya Qoruğunda tullantıların idarə olunması layihəsinə start verilib. Layihə Qoruq ərazisində tullantıların yığılması, daşınması və zərərsizləşdirilməsi sisteminin müasir standartlara uyğun qurulmasını nəzərdə tutur. “Şirvanşahların yüksəlişi” tarixi-iqtisadi oyunu IX-XIII əsr Azərbaycan şəhərlərinə əyləncəli səyahət təklif edir.


Xəbərlər 17.06.10 İçərişəhər sakinləri ilə «Çay məclisi» keçirilmişdir. 05.06.10 5 iyun “Ümumdünya ətraf mühit günü”dür 04.06.10 Heydər Əliyev Fondunun dəstəyi ilə Qala Dövlət Tarix Etnoqrafiya qoruğunda festival keçirilib
Press-Relizlər 10.08.10 “Təmiz Şəhər” ASC Avropa Davamlı Enerji Kampaniyası layihəsinin rəsmi tərəfdaşı elan edildi 31.07.10 “Təmiz şəhər naminə” yay məktəbi başa çatmışdır 16.07.10 “Təmiz Şəhər” ASC məktəblilər üçün yay məktəbi keçirəcək

(+994 12) 464 41 10/11

Ünvan: AZ1025, Azərbaycan Respublikası,
Bakı şəh., Xocalı pr. 55, AGA biznes mərkəzi,
Tel.: (+99412) 464 41 10/11
Faks: (+99412) 464 41 12
E-mail:info@tamizshahar.az