Ana səhifə Əks əlaqə Xəritə           az  |  en 

Bakı şəhəri və ətraf qəsəbələrdə qanunsuz fəaliyyət göstərən 2000-dən çox tullantı sahəsi “Təmiz Şəhər” ASC tərəfindən aşkar edilmişdir

06.05.2010

Bakı şəhərinin 11 inzibatı rayonunun ərazisində qeyri-qanuni fəaliyyət göstərən tullantı sahələrinin yerlərini müəyyənləşdirmək məqsədilə “Təmiz Şəhər” ASC-nin sifarişi ilə “EKO-REAL” MMC və Milli Ekoloji Proqnozlaşdırma Mərkəzi invertarizasiya işləri aparmışdır.

İnventarizasiya  nəticəsində  Bakı şəhəri və ətraf qəsəbələrin ərazisində 2000-dən çox qanunsuz tullantı sahəsi aşkar edilmişdir. Bu tullantı sahələrinin 38-nin ərazisi 100 kvadrat metrdən böyükdür. Ümumilikdə isə Bakı şəhərinin 9 inzibati rayonunda (Qaradağ, Nərimanov, Səbail, Suraxanı, Yasamal, Sabunçu, Əzizbəyov, Binəqədi və Xətai) bu cür tullantı sahələri aşkarlanmışdır. İnvertarizasiya işləri çərçivəsində aparılan monitorinq zamanı məlum olmuşdur ki, qeyri-qanuni tullantı sahələri mütəmadi olaraq yandırılır və bu ərazilərə tullantıların atılması davam etdirilir.

Tullantı sahələrinin ləvğ edilməsi və qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görülməsi məqsədilə “Təmiz Şəhər” ASC-nin təşəbbüsü ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Bakı Şəhər İcra Hakimiyyətinin və “Təmiz Şəhər” ASC-nin daxil olduğu İşçi Qrupu yaradılmışdır.

“Təmiz Şəhər” ASC Bakı şəhəri və ətraf qəsəbələrdə fəaliyyət göstərən qanunsuz tullantı sahələri ilə əlaqədar müvafiq tədbirlərin görülməsi məqsədilə aparılmış inventarizasiya ilə bağlı geniş hesabat hazırlayaraq müvafiq qurumların, həmçinin İşci Qrupunun müzakirəsinə təqdim edəcək.


Xəbərlər 17.06.10 İçərişəhər sakinləri ilə «Çay məclisi» keçirilmişdir. 05.06.10 5 iyun “Ümumdünya ətraf mühit günü”dür 04.06.10 Heydər Əliyev Fondunun dəstəyi ilə Qala Dövlət Tarix Etnoqrafiya qoruğunda festival keçirilib
Press-Relizlər 10.08.10 “Təmiz Şəhər” ASC Avropa Davamlı Enerji Kampaniyası layihəsinin rəsmi tərəfdaşı elan edildi 31.07.10 “Təmiz şəhər naminə” yay məktəbi başa çatmışdır 16.07.10 “Təmiz Şəhər” ASC məktəblilər üçün yay məktəbi keçirəcək

(+994 12) 464 41 10/11

Ünvan: AZ1025, Azərbaycan Respublikası,
Bakı şəh., Xocalı pr. 55, AGA biznes mərkəzi,
Tel.: (+99412) 464 41 10/11
Faks: (+99412) 464 41 12
E-mail:info@tamizshahar.az