Ana səhifə Əks əlaqə Xəritə           az  |  en 

“Təmiz Şəhər” ASC məktəblilər üçün yay məktəbi keçirəcək

16.07.2010
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən elan edilmiş “Ekologiya İli” çərçivəsində “Təmiz Şəhər” ASC yeniyetmələrin diqqətini ətraf mühitin mühafizəsinə cəlb edilməsi və ekoloji maarifləndirilməsi məqsədilə  iyulun 26-dan 31-dək məktəblilər üçün “Təmiz şəhər naminə” adlı yay məktəbi təşkil edəcək. Yay məktəbinin təşkilində məqsəd orta məktəb şagirdlərinin tullantıların düzgün idarə edilməsi, ətraf mühitin mühafizəsi sahəsində bilik və dünya görüşünü genişləndirmək və ətraf mühitin mühafizəsi mövzusunda ictimai müzakirələrin keçirilməsidir. Məktəbin təşkili həmçinin, ekoloji mədəniyyətin inkişafı və ətraf mühitin mühafizəsinə gənclərin diqqətini yönəltmək məqsədi daşıyır.
 
Yay məktəbində Bakı şəhər orta məktəblərinin 14-17 yaşlı şagirdləri iştirak edə bilərlər. “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin dəstəyi ilə Quba şəhərinin Qəçrəş kəndində yerləşən istirahət mərkəzlərinin birində keçiriləcək yay məktəbində ümumilikdə 60 nəfər iştirak edəcək.
 
Tədris proqramının sonunda iştirakçılar arasında tullantıların idarə edilməsi və ətraf mühitin mühafizəsi mövzusunda debat yarışları keçiriləcək. Debat turnirində 16 paytaxt məktəbinin komandası iştirak edəcək. İştirakçıların diplomlarla təltif olunması və qaliblərə hədiyyələrin verilməsi nəzərdə tutulur.
Yay məktəbində iştirak ödənişsizdir və nəqliyyat, qida, yaşayış, təlim-tədris və asüdə vaxtın təşkili xərcləri “Təmiz Şəhər” ASC tərəfindən qarşılanacaqdır.

Xəbərlər 17.06.10 İçərişəhər sakinləri ilə «Çay məclisi» keçirilmişdir. 05.06.10 5 iyun “Ümumdünya ətraf mühit günü”dür 04.06.10 Heydər Əliyev Fondunun dəstəyi ilə Qala Dövlət Tarix Etnoqrafiya qoruğunda festival keçirilib
Press-Relizlər 10.08.10 “Təmiz Şəhər” ASC Avropa Davamlı Enerji Kampaniyası layihəsinin rəsmi tərəfdaşı elan edildi 31.07.10 “Təmiz şəhər naminə” yay məktəbi başa çatmışdır 16.07.10 “Təmiz Şəhər” ASC məktəblilər üçün yay məktəbi keçirəcək

(+994 12) 464 41 10/11

Ünvan: AZ1025, Azərbaycan Respublikası,
Bakı şəh., Xocalı pr. 55, AGA biznes mərkəzi,
Tel.: (+99412) 464 41 10/11
Faks: (+99412) 464 41 12
E-mail:info@tamizshahar.az