Vergi hesabatlılığı üzrə baş mütəxəssis
Yerləşdirmə tarixi: 08/01/2025
Son müraciət tarixi: 08/02/2025
Vəzifə öhdəlikləri:
Cəmiyyət üzrə tələb olunan bütün icra orqanlarına aylıq, rüblük və illik hesabatların, o cümlədən vergi, sosial sığorta, statistika üzrə hesabatların tərtib və təqdim olumasını təmin edir;
Gündəlik həyata keçirilən maliyyə mühasibatlıq əməliyyatlarını yoxlayır, uyğun müxabirləşmələri yerinə yetirir;
Hesablanmış vergi və digər məcburi ödənişlərin hesablanmasına və vaxtında aidiyyəti üzrə köçürülməsinə nəzarət edir;
Vergi planlaması və vergi risklərinin azaldılmasına dair təkliflər verir;
Uçot sənədlərinin qanunvericiliyə uyğun formada tərtib edilməsinə nəzarət edir və uçotun Cəmiyyətin vergi siyasətinə uyğunluğunu təmin edir;
İdarəetmə hesabatını və digər maliyyə hesabatlarını tərtib edir və müvafiq çıxarışları hazırlayır;
Təqdim olunan hesabatlarla bağlı bütün məsələlərlə əlaqədar olaraq dövlət və icra orqanları ilə yazışmaların aparılmasını, sorğuların vaxtında cavablandırılmasını təmin edir;
Lazımi hallarda debitor və kreditorlarla qarşılıqlı üzləşmələr aparır;
Vergi hesablamalarının və ödəmələrinin vergi hesabı ilə uzlaşdırılmasını təmin edir;
Təqdim olunan hesabatların Cəmiyyətə məxsus uçot proqramlarında qeydiyyatını aparır;
Namizədə olan tələblər:
Ali təhsil (iqtisadiyyat, mühasibatlıq, maliyyə);
Müvafiq sahədə 3 il iş təcrübəsi;
Peşəkar mühasib sertifikatı (PMS 1 və PMS 2);
MS Office, 1C, SAP proqramlarında sərbəst işləmək bacarığı;
Analitik düşüncə, təhlil etmə, problemləri həll etmə.
İş şəraiti:
- Əmək Məcəlləsinə əsasən sənədləşmə
- Gündəlik tam iş günü rejimi
Tələblərə cavab verən namizədlər öz CV-lərini hr@tamizshahar.az elektron ünvanına göndərə bilərlər.
Müraciətin mövzu hissəsində “Vergi hesabatlılığı üzrə baş mütəxəssis” qeyd etməyiniz xahiş olunur.