Bərk Məişət Tullantılarının Çeşidlənməsi Zavodu

Bərk Məişət Tullantılarının Çeşidlənməsi Zavodu

Bərk Məişət Tullantılarının Çeşidlənməsi Zavodu ölkədə təkrar emal sahəsini inkişaf etdirmək məqsədilə inşa edilmişdir. İl ərzində 100 min tona qədər bərk məişət tullantısının çeşidlənməsi mümkün olan zavod qabaqcıl alman texnologiyaları əsasında qurulmuşdur. Çeşidləmənin aparılması nəticəsində təkrar emal üçün yararlı olan kağız, şüşə, plastik, əlvan metal, dəmir və digər xammallar ayrılır ki, bunun nəticəsində tullantıların ümumi həcmi azalır, ucuz xammal bazarı formalaşır, ölkədə təkrar emal sənayesinin qurulması üçün zəmin yaranır, enerjiyə qənaət olunur və ən önəmlisi - tullantıların ətraf mühitə mənfi təsiri azaldılır. Bundan əlavə, məişətə atılan batareya və akkumulyator kimi təhlükəli tullantılar, o cümlədən bu qəbildən olan elektron tullantılar ümumi kütlədən ayrılaraq düzgün utilizasiya məqsədi ilə aidiyyatı sahələrə göndərilir.                                                                          

  Çeşidləmənin üstünlükləri:

  • Ətraf mühit və insan sağlamlığına mənfi təsirlərin azaldılması;
  • Təbii ehtiyatlar və enerjiyə qənaət;
  • Təkrar emal sənayesinin stimullaşdırılması;
  • Təkrar emala yararlı və ucuz xammal bazasının formalaşdırılması;
  • Son tullantı miqdarının və həcminin azaldılması;
  • Yeni iş yerlərinin yaradılması.