Balaxanı Sənaye Parkı

Balaxanı Sənaye Parkının yaradılması ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2011-ci il 28 dekabr tarixli 1947 nömrəli Sərəncam vermiş, 2012-ci il 19 dekabr tarixində isə ölkə başçısı tərəfindən təməli qoyulmuşdur. 2017-ci ildən fəaliyyətə başlayan və 10,15 ha  ərazini əhatə edən Balaxanı Sənaye Parkının idarə olunması “Təmiz Şəhər” ASC tərəfindən həyata keçirilir. Sənaye Parkı tullantıların təktrar emalı ilə məşğul olan sahibkarlar üçün zəruri infrastruktura və idarəetməyə malik təsərrüfat sahəsidir. Balaxanı Sənaye Parkının ərazisində tullantıları təkrar emalını həyata keçirərərk təbii resurslardan davamlı və səmərəli istifadəni təmin edən müəssisələr fəaliyyət göstərir. Müasir texnologiyaların tətbiqi  ilə rəqabətqabliyyətli məhsul istehsal edən və  yaşıl iqtisadiyyatın inkişafına dəstək verən rezidentlər bir sıra üstünlüklər ələd edirlər. 

  • “Vahid pəncərə” prinsipi ilə asanlaşdırılmış qeydiyyat;
  • Qanunvericiliyə uyğun olaraq əlverişli vergi güzəştləri;
  • Bir məkanda vahid infrastruktur;
  • Yaşıl biznesin hesabına ətraf mühitə təsirin azaldılması;
  • Tullantıların təkrar emalı ilə məşğul müəssisələrə və bu sahəyə dəstək;
  • Əldə edilən xammal və istehsal olunmuş məhsullar üzrə bazarın genişləndirilməsi.

Hazırda Balaxanı Sənaye Parkında fəaliyyət göstərmək üçün 25 rezident qeydiyyatdan keçmişdir. Bu sahədə maraqlı olan sahibkarlar “Təmiz Şəhər” ASC-yə müraciət edə bilərlər.