Çimərlik mövsümünün başlaması ərəfəsində növbəti ənənəvi sahilyanı təmizlik aksiyası baş tutub
05/06/2022 00:23
5 iyun Ümumdünya Ətraf Mühit Günü və BMT-Azərbaycan tərəfdaşlığının 30-cu ildönümünə həsr olunan təmizlik aksiyası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İDEA İctimai birliyinin, BMT-nin Azərbaycandakı nümayəndəliyinin və “Təmiz Şəhər” ASC təşkilatçılığı ilə keçirilib. Aksiyada toplanan tullantılar Balaxanı bərk məişət tullantılarının çeşidlənməsi zavoduna təhvil verilib.
Aksiyaya gələn hər kəsə ətraf mühitin mühafizəsi uğrunda səylərimizə dəstəyə görə təşəkkür edirik.









