Payments on confirmatory doFund account detailscuments

  • Təsdiqedici sənədlərin tətbiqinə 2024-cü ilin 1 sentyabr tarixindən başlanılması nəzərdə tutulur;
  • Təsdiqedici sənədlər yalnız operator tərəfindən aparılan reyestrdə qeydə alınmış utilizatorlar  tərəfindən verilə bilər.


Təsdiqedici sənədlər üzrə ödənişlər nəqliyyat vasitələrinin utilizasiyası fondundan qarşılanır. Şəxs təsdiqedici sənədi təhvil verərək öz seçimi ilə:

1. Satıcılardan yeni istehsal olunmuş yerli nəqliyyat vasitəsini güzəştlə əldə edə bilər:

  • bunun üçün şəxs təsdiqedici sənədi güzəştin tətbiq edilməsi üçün satıcıya təhvil verməlidir;
  • nəqliyyat vasitəsini güzəştlə satan satıcı 3 (üç) iş günü müddətində alğı-satqını rəsmiləşdirən sənədlərin surətini və təsdiqedici sənədi, habelə təsdiqedici sənədin tətbiq edildiyi nəqliyyat vasitəsi barədə məlumatları (ban, şassi, mühərrik nömrəsi) operatora göndərir;
  • operator həmin sənədlər təqdim edildiyi gündən 30 (otuz) iş günü müddətində müvafiq güzəşt məbləğinin nəqliyyat vasitələrinin utilizasiyası fondundan satıcının hesabına köçürülməsini təmin edir.


Qeyd: 

Tətbiq edilən güzəşt məbləği satın alınan nəqliyyat vasitəsinin müqavilə üzrə satış dəyərindən çox olduqda güzəşt məbləğinin artıq olan hissəsi satıcıya ödənilmir.


2. Müvafiq güzəşt məbləğinin 70% həcmində birdəfəlik ödəniş ala bilər:

  • bunun üçün şəxs təsdiqedici sənədi operatora təhvil verməlidir - “Təmiz Şəhər” ASC-nin baş ofisi: AZ1025, Bakı şəhəri, Xocalı prospekti 55, AGA iş mərkəzi (11-ci mərtəbə).
  • operator təsdiqedici sənəd ona təhvil verildiyi gündən 30 (otuz) iş günü müddətində birdəfəlik ödəniş məbləğinin nəqliyyat vasitələrinin utilizasiyası fondundan həmin şəxsin hesabına köçürülməsini təmin edir və ödənişin həyata keçirilməsi barədə sənədi ona təqdim edir.


Qeyd: 

Aşağıdakı nəqliyyat vasitələri üzrə birdəfəlik ödəniş məbləğləri operator tərəfindən dövlət büdcəsinə köçürülür:

  • dövlət adından yaradılan publik hüquqi şəxslərə, dövlət idarə, müəssisə və təşkilatlarına məxsus olan;
  • aidiyyəti dövlət qeydiyyat orqanı tərəfindən utilizasiyaya verilən aşağıdakı nəqliyyat vasitələri:
  • Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada sahibsiz hesab edilən;
  • istismara yararsız vəziyyətdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mühafizə olunan duracağında saxlanılan, əgər nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs yazılı şəkildə imtina edibsə.