"Təbiət Dostları"na təlim keçirildi
28/03/2023 16:30
"Təbiət Dostları" Gənclər İctimai Birliyinin təşkilatçılığı ilə “Tullantıların İdarə edilməsi və Ekoloji Maarifləndirmə” layihəsinin iştirakçılarına “Təmiz Şəhər” ASC-nin əməkdaşları tərəfindən təlim keçirilib. Tullantıların düzgün idarə edilməsi prosesinin əhəmiyyəti haqqında gənclərə ətraflı məlumat verilib və bu istiqamətdə səmərəli fəaliyyətin iqlim dəyişmələrinə təsiri ilə bağlı fikir mübadiləsi aparılıb. Layihənin növbəti mərhələsində gənclər “Təmiz Şəhər” ASC-nin təsərrüfat sahələrində tullantıların zərərsizləşdirilməsi və təkrar emal prosesini izləyiblər.








