UNEC tələbələri tullantıların düzgün idarə olunması ilə bağlı təlimdə iştirak ediblər

20/11/2023 15:33

UNEC-in İqtisadiyyat və İdarəetmə fakültəsinin Ekologiya ixtisası üzrə təhsil alan tələbələrinə “Təmiz Şəhər” ASC-nin əməkdaşları tərəfindən təlim keçirilib. Ətraf mühitin mühafizəsi və bərk məişət tullantılarının düzgün idarə edilməsi prosesinin əhəmiyyəti haqqında tələbələrə ətraflı məlumat verilib. Bu istiqamətdə səmərəli fəaliyyətin təbiətin mühafizəsinə, iqlim dəyişmələrinin qarşısının alınmasına və təkrar emalın genişlənməsinə təsiri ilə bağlı fikir mübadiləsi aparılıb. Tələbələri maraqlandıran suallar cavablandırılıb.