Azərbaycan nümayəndə heyəti plastik çirklənmənin azaldılması ilə bağlı hazırlanan Konvensiyanın müzakirəsində iştirak edir

24/04/2024 16:42

Kanadanın Ottava şəhərində BMT-nin Ətraf Mühit Proqramının (UNEP) təşkilatçılığı ilə dəniz ətraf mühiti də daxil olmaqla plastik çirklənmənin azaldılmasına xidmət edən beynəlxalq hüquqi qüvvəyə malik Konvensiyanın hazırlanması üzrə Hökümətlərarası Danışıqlar Komitəsinin dördüncü sessiyası keçirilir. 29 aprel tarixinə qədər davam edəcək müzakirələrdə Azərbaycan tərəfindən “Təmiz Şəhər” ASC-nin İdarə Heyətinin sədri Etibar Abbasov və ETSN-nin Ekoloji siyasət şöbəsinin müdiri Faiq Mütəllimov iştirak edir. Qeyd edək ki, Azərbaycan Respublikası son 30 ildə ətraf mühitlə bağlı 20-dən çox beynəlxalq konvensiyaya qoşulub və onları ratifikasiya edib.