UNEC-in magistr tələbələri “Təmiz Şəhər” ASC-də olublar
13/01/2025 09:09
UNEC-in ekologiya ixtisası üzrə təhsil alan magistrləri üçün “Təmiz Şəhər” ASC-nin təsərrüfat sahələrinə məlumat turu təşkil olunub. Balaxanı Bərk Məişət Tullantılarının Çeşidlənməsi Zavodunda tullantıların çeşidlənməsi prosesini izləyən magistrlər, daha sonra Balaxanı Sənaye Parkı və Bakı bərk məişət tulılantılarının yandırılması zavodunda tullantıların zərərsizləşdirilməsi, eləcə də təkrar emal prosesini müşahidə ediblər. Tur zamanı qonaqlara bərk məişət tullantılarının çeşidlənməsinin qazandırdığı üstünlüklər, təkrar emal prosesi ilə bağlı məlumat verilib, onları maraqlandıran suallar ətrafında fikir mübadiləsi aparılıb.