Xəzər Universitetinin tələbələri üçün məlumat turu keçirilib
18/04/2025 17:31
Xəzər Universitetinin tələbələri üçün “Təmiz Şəhər” ASC-nin təsərrüfat sahələrinə məlumat turu təşkil olunub. Balaxanı Bərk Məişət Tullantılarının Çeşidlənməsi Zavodunda, Balaxanı Sənaye Parkı və Bakı bərk məişət tullantılarının yandırılması zavodunda olan tur iştirakçılarına tullantıların çeşidlənməsi və zərərsizləşdirilməsi ilə bağlı ətraflı məlumat verilib.
Tullantıların çeşidlənməsi, yandırılması və təkrar emalı prosesini əyani şəkildə müşahidə edən tələbələrə bildirilib ki, Bakı şəhərində əmələ gələn bərk məişət tullantıları “Təmiz Şəhər” ASC-nin təsərrüfat sahələrində müasir üsullarla idarə edilir.
Təsərrüfat sahələrində fəaliyyətin daha da səmərəli olması üçün tullantıların evlərdə ilkin çeşidlənərək tullantı qutularına atılmasının üstünlüklərindən danışılıb və tələbələri maraqlandıran suallar ətrafında fikir mübadiləsi aparılıb.

















