İdrak liseyinin şagirdləri üçün təsərrüfat sahələrinə məlumat turu təşkil edilib
13/05/2025 16:34
İdrak liseyinin şagirdləri “Təmiz Şəhər” ASC-nin təsərrüfat sahələrində bərk məişət tullantılarının idarə olunması prosesi ilə tanış olublar.
Liseyin şagirdləri üçün təşkil edilən məlumat turu çərçivəsində şagirdlər ilk olaraq Balaxanı bərk məişət tullantılarının çeşidlənməsi zavodunda olublar. Burada onlar tullantıların çeşidlənməsi və təkrar emala yönləndirilməsi prosesini izləyiblər.
Tur çərçivəsində şagirdlər yalnız nəzəri biliklər deyil, həm də tullantıların düzgün idarə olunmasının ətraf mühitə təsiri barədə praktik məlumatlar əldə ediblər. Sonda şagirdləri maraqlandıran suallar ətrafında fikir mübadiləsi aparılıb.







