Dünya Məktəbinin şagirdləri üçün “Təmiz Şəhər” ASC-nin təsərrüfat sahələrinə maarifləndirici tur təşkil olunub

16/05/2025 17:49

Balaxanı Bərk Məişət Tullantılarının Çeşidlənməsi Zavoduna səfər edən şagirdlər tullantıların çeşidlənməsi və zərərsizləşdirilməsi prosesini onlayn şəkildə müşahidə ediblər. Tur zamanı iştirakçılara məlumat verilib ki, Bakı şəhərində yaranan bərk məişət tullantıları “Təmiz Şəhər” ASC-nin təsərrüfat sahələrində müasir üsullarla zərərsizləşdirilir.
Görüşün sonunda şagirdləri maraqlandıran suallar cavablandırılıb və mövzu ətrafında fikir mübadiləsi aparılıb.