“III Yaşıl düşüncə” maarifləndirmə proqramının növbəti təlimi tullantıların idarə olunmasına həsr edilib
28/10/2026 16:37
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin həyata keçirdiyi “III Yaşıl düşüncə” maarifləndirmə proqramı çərçivəsində gənclər üçün “Tullantıların düzgün idarə edilməsi: çeşidləmə, təkrar emal və dövri iqtisadiyyat” mövzusunda maarifləndirici təlim təşkil olunub. Təlimdə “Təmiz Şəhər” ASC-nin fəaliyyəti və Bakı şəhərində tullantıların idarə olunması sahəsində görülən işlər, o cümlədən tullantıların qəbulu, yerləşdirilməsi, çeşidlənməsi və zərərsizləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə gənclərə ətraflı məlumat verib. Tullantıların düzgün idarə edilməsinin ətraf mühitin mühafizəsindəki rolu, onların çeşidlənərək təkrar emala yönəldilməsinin əhəmiyyəti və tullantılara resurs kimi yanaşmanın vacibliyi diqqətə çatdırılıb. Həmçinin dövri iqtisadiyyat prinsiplərinin tətbiqinin təbii resurslardan daha səmərəli istifadəyə, ətraf mühitə düşən yükün azaldılmasına və davamlı inkişafın təmin olunmasına verdiyi töhfədən bəhs edilib. Təlimin ikinci hissəsində Tullantı idarəçiliyində yeni yanaşmaların tətbiqi ilə bağlı qrup işi təşkil olunub. İştirakçılar tullantıların təkrar istifadəsi və emalı imkanları, mövcud ekoloji problemlərin həlli, eləcə də bu sahədə innovativ ideyalara əsaslanan fikir mübadiləsi aparıblar.













