Ötən il tullantılardan 182 mln. kilovat/saat enerji alınıb
13/01/2016 10:50
2015-ci ildə İqtisadiyyat və Sənaye Nazirliyinin təsisçisi olduğu “Təmiz Şəhər” ASC-nin Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda 506 min ton tullantının zərərsizləşdiriliməsi nəticəsində təqribən 182 mln. kilovat/saat elektrik enerjisi istehsal edilib. İstehsal olunmuş enerjinin 28,5 mln. kilovat/saatı zavodun ehtiyaclarının ödənilməsinə yönəldilib, 153,5 mln. kilovat/saat enerji isə elekrik şəbəkəsinə ötürülüb. Bu, Bakının Xətai rayonunun elektrik enerjisinə olan tələbatının tam həcmdə ödənilməsi deməkdir.
Ötən il Bərk Məişət Tullantılarının Çeşidlənməsi Zavodunda çeşidlənmiş tullantıların 6 min tonu xammal kimi təkrar emala yönəldilib.
