Balaxanı Sənaye Parkında 800-ə yaxın daimi iş yeri yaradılıb
27/08/2021 14:14
Balaxanı Sənaye Parkında sayca 23-cü rezident – “Zəfər işığı” MMC qeydiyyata alınıb.
“Zəfər işığı” MMC-in il ərzində 5,4 milyon ədəd led lampa istehsal etməsi nəzərdə tutulur.
Layihənin ümumi investisiya dəyəri 1 milyon manata yaxındır. 1000 kv.m istehsalat sahəsinə malik olan müəssisədə 20 daimi iş yeri yaradılacaq.
Balaxanı Sənaye Parkının 23 rezidentindən 16-sı artıq fəaliyyət göstərir və 800-ə yaxın daimi iş yeri yaradılıb. Sənaye Parkının fəaliyyətində əsas məqsəd kiçik və orta sahibkarlara əlverişli biznes mühitinin yaradılması ilə yanaşı, məhsulların təkrar istifadəsi, emalı və resirkulasiyasına təkan verməkdir.