• Təsdiqedici sənədlər yalnız operator tərəfindən aparılan reyestrdə qeydə alınmış utilizatorlar  tərəfindən verilə bilər.
  • Təsdiqedici sənədlər üzrə ödənişlər nəqliyyat vasitələrinin utilizasiyası fondundan qarşılanır. Şəxs təsdiqedici sənədi təhvil verərək öz seçimi ilə:

1. Satıcılardan yeni istehsal olunmuş yerli nəqliyyat vasitəsini güzəştlə əldə edə bilər:

  • bunun üçün şəxs təsdiqedici sənədi güzəştin tətbiq edilməsi üçün satıcıya təhvil verməlidir;
  • nəqliyyat vasitəsini güzəştlə satan satıcı 3 (üç) iş günü müddətində ərizə ilə müraciət edərək aşağıdakı sənədləri operatora göndərməlidir:
  • alğı-satqını rəsmiləşdirən sənədlərin surətləri;
  • təsdiqedici sənəd;
  • təsdiqedici sənədin tətbiq edildiyi nəqliyyat vasitəsi barədə məlumatlar (ban, şassi, mühərrik nömrəsi);
  • vəsaitin köçürülməsi üçün ərizəçinin bank hesabının rekvizitləri (rekvizitlər bank tərəfindən imza və möhürlə təsdiqlənmiş olmalıdır).

  • operator həmin sənədlər təqdim edildiyi gündən 30 (otuz) iş günü müddətində müvafiq güzəşt məbləğinin nəqliyyat vasitələrinin utilizasiyası fondundan satıcının hesabına köçürülməsini təmin edir.


Qeyd: 

Tətbiq edilən güzəşt məbləği satın alınan nəqliyyat vasitəsinin müqavilə üzrə satış dəyərindən çox olduqda güzəşt məbləğinin artıq olan hissəsi satıcıya ödənilmir.


2. Müvafiq güzəşt məbləğinin 70% həcmində birdəfəlik ödəniş ala bilər:

  • bunun üçün şəxs nvu.gov.az portalında şəxsi kabinetə daxil olaraq təsdiqedici sənədin istifadəsi bölməsində birdəfəlik ödəniş üçün müraciət xanasını seçməli və istifadə etmək niyyətində olduğu təsdiqedici sənəd(lər)lə bağlı məlumatları əlavə etməlidir.
  • təsdiqedici sənəd(lər)lə bağlı məlumatlar portala əlavə edildikdən sonra şəxs aşağıdakı sənədlərin əslini operatora təqdim etməlidir:
  • istifadə etmək istədiyi təsdiqedici sənəd(lər);
  • şəxsiyyət vəsiqəsi;
  • vəsaitin köçürülməsi üçün ərizəçinin bank hesabının rekvizitləri (rekvizitlər bank tərəfindən imza və möhürlə təsdiqlənmiş olmalıdır).


Qeyd: 

Aşağıdakı nəqliyyat vasitələri üzrə birdəfəlik ödəniş məbləğləri operator tərəfindən dövlət büdcəsinə köçürülür:

  • dövlət adından yaradılan publik hüquqi şəxslərə, dövlət idarə, müəssisə və təşkilatlarına məxsus olan;
  • aidiyyəti dövlət qeydiyyat orqanı tərəfindən utilizasiyaya verilən aşağıdakı nəqliyyat vasitələri:
  • Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada sahibsiz hesab edilən;
  • istismara yararsız vəziyyətdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mühafizə olunan duracağında saxlanılan, əgər nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs yazılı şəkildə imtina edibsə.