1. Utilizasiyaya verilən nəqliyyat vasitəsinə görə tətbiq edilən güzəştin məbləği 

 

Sıra

№-si

 

Nəqliyyat vasitələri

Təsnifat

Güzəşt məbləği

(manatla)

1.1.

Kvadrisikl və təkərləri dörddən az olanlar

L

200

1.2.

Oturacaq yerlərinin sayı sürücü oturacağından əlavə, 8-dən artıq olmayan və sərnişindaşımada istifadə olunanlar

M1, M1G

1500

1.3.

İcazə verilən maksimum kütləsi 3,5 tonu aşmayan və yükdaşımada istifadə olunanlar

N1, N1G

1500

1.4.

Oturacaq yerlərinin sayı sürücü oturacağından əlavə, 8-dən artıq olan, lakin icazə verilən maksimum kütləsi 5 tonu aşmayan və sərnişindaşımada istifadə olunanlar

M2, M2G

2000

1.5.

İcazə verilən maksimum kütləsi 3,5 tondan yuxarı, lakin 12 tondan aşağı olan və yükdaşımada istifadə olunanlar

N2, N2G

2000

1.6.

Oturacaq yerlərinin sayı sürücü oturacağından əlavə, 8-dən artıq olan, icazə verilən maksimum kütləsi 5 tonu aşan və sərnişindaşımada istifadə olunanlar

M3, M3G

3000

1.7.

İcazə verilən maksimum kütləsi 12 tonu aşan və yükdaşımada istifadə olunanlar

N3, N3G

3000

1.8.

Təkərli və tırtıllı traktorlar

T, TK, TT

2000

1.9.

Mexaniki və ya hidrostatik transmissiyalı özügedən maşınlar, o cümlədən yükləyicilər

H, HT

3000

1.10.

Meliorasiya və yol-tikinti maşınları, o cümlədən ekskavatorlar

HK

3000


2. Birdəfəlik ödənişin məbləği yuxarıdakı cədvəldə göstərilən müvafiq güzəşt məbləğlərinin 70 (yetmiş) faizi həcmində müəyyən edilir.