Sərgidə iştirak illəri: 2016
Şəkilin adı: "Yumşaq pəncələr"
Konsepsiya:
Kompozisiya üç nəhəng üzvdən -ata, ana və baladan ibarət pişik ailəsini əks etdirir. Pişiklər “xoş gəldin” jesti olaraq qonaqlara sanki qucaq açırlar. Metal skeletdən ibarət olan sərt görkəmlərinə baxmayaraq, çox yumşaq və rahat çəkmələri var. Ziyarətçilər, uşaq və ya böyük olmasından asılı olmayaraq, onları geyinərək bir anlıq “yumşaq pəncələri” hiss edəcəklər. Bəlkə də, bu pozitiv incəsənət əsəri ilə bu qədər yaxın təmasda olduqdan sonra, tullantılara kreativ yanaşma ideyası tamaşaçılara daha real görünəcək.