Bizə Təmiz şəhər lazımdırmı?
31/12/2009 00:00
İstehsal və məişət tullantılarının, sadə dillə desək zibilin utilizasiyası və yığılması problemi ən köhnə problemlərdən biridir. Dünyanın bütün qədim şəhərləri zibilliklərin üstündə salınıb: yaxınlıqdakı yarğanlar məişət və istehsalat tullantıları ilə doldurulmuşdu, şəhərlərin böyüməsinə görə bu ərazilərdə yeni tikintilər başlayırdı. İdarə olunmayan tullantı daşınmaları yeraltı və yerüstü suları çirklənməsinə, havada metanın miqdarının çoxalmasına, siçovulların, tarakanların çoxalmasına, infeksion xəstəliklərin yayılmasına gətirdi. Bu problem bizə də məlumdur. Balaxanıda ən böyük şəhər zibilliyi və şəhər ətrafında bir çox qeyri qanuni zibilliklər Bakının ekoloji problemlərindən biridir. Bu mövzu jurnalistlər və cəmiyyət tərəfindən həmişə toxunulur, bu sahədə problemlərin həllinə dövlət tərəfindən böyük diqqət ayrılır. Azərbaycan və Dünya Bankı arasında kredit razılığı əsasında həyata keçirilən əsas layihələrdən biri “Bərk Məişət Tullantıların Vahid İdarəçiliyi” proqramıdır.
Bu layihə çərçivəsində Balaxanı poliqonunun reabilitasiyası həyata keçirilir. 2009-cu il oktyabr ayının 14-də şəhər tullantılarının utilizasiyası üzrə Balaxanı Şəhər Tullantılarının Zərərsizləşdirilməsi poliqonu paytaxtın icra hakimiyyətinin balansından “Təmiz şəhər” ASC-nin balansına təhvil prosesi bitmişdir. Müəyyən vaxtdan sonra dekabr ayında “Təmiz şəhər” ASC nümayəndələrinin jurnalistlər və ekoloji QHT ilə layihə üzrə işlərin gedişatı barədə ictimaiyyəti məlumatlandırmaq üçün görüşüblər. Baş tutan dəyişikliklər haqda bizə “EkoSfera” Sosial-Ekoloji Mərkəzinin rəhbəri Firuzə Sultan-zadənin fikrini öyrənmək maraqlı idi.
– Firuzə xanım, bizə bir az görüş haqda danışın. Bu görüşdə nə müzakirə olunurdu?
– Görüşün rəsmi hissəsi “Təmiz şəhər” ASC-nin inzibati binasında keçirildi, burada idarə heyətinin sədri Zakir İbrahimov bizə Abşeron yarımadasında bərk məişət tullantıların utilizasiya və yığılma sisteminin və bu regionda ekoloji vəziyyətin yaxşılaşdırılmasının təkmilləşdirilməsini nəzərdə tutan “Bərk Məişət Tullantılarının Vahid İdarəçiliyi” layihəsinin məqsədləri barədə məlumatlar verdi. Bu layihə 5 il ərzində həyata keçiriləcək, layihənin ümumi dəyəri 41.5 mln. təşkil edir, bu məbləğin 29.5 mln Dünya Bankı, 12 mln. Azərbaycan nümayəndəliyi tərəfindən təqdim olunur. Layihənin əsas 5 komponenti haqda söhbət aparıldı – bu bərk məişət tullantılarının idarə olunması sisteminin hazırlanması; Balaxanı poliqonunun reabilitasiyası və onun ətraf mühitə mənfi təsirinin qarşısının alınması; digər poliqonların bərpa olunması və icazəsiz zibilliklərin bağlanılması; tullantıların yığılması və çeşidlənməsi üçün avadanlığın alınması; tullantıların qəbulu və seçilməsi üçün yükləmə-boşaltma stansiyaların yaradılması. Hal hazırda ilk layihə işlərinin həyata keçirilməsi üçün texniki-iqtisadi əsaslandırma hazırlanır.
Bu görüşdə əsas fikir Balaxanı poliqonunda baş verən dəyişikliklərə yönəlmişdir. Bizi narahat edirdi ki, şəhərin ən böyük zibilliyində nə baş verəcək. Gələcəkdə nə olacaq? Artıq 50 il fəaliyyət göstərən poliqonda tullantıların basdırılması problemi necə həll olunacaq. “Təmiz Şəhər” ASC-nin nümayəndələri qeyd edtdilər ki, poliqonun qeyri aktiv olan hissəsi müəyyən materiallarla bağlanacaq, buda gələcəkdə ətraf mühitə istilik effekti yaradan qazların atılmasına maneə olacaq. Poliqonun aktiv hissəsində istər aşağı , istərsə də yuxarı istiqamətdə bir neçə qatlıq izolyasiya ilə yeni poliqon tikiləcəkdir. Bu tullantılardan filtrasiya edilmiş suların yeraltı sular ilə qarışmasının qarşısını alır, xüsusi təmizləmə vasitəsi ilə isə onları istər suvarma, istərsə də texniki su kimi istifadə etmək olar. Tullantıların dağılması nəticəsində yığılmış metan xüsusi borularla çıxarılır və istilik və ya elektrik enerjisinin emalı üçün istifadə olunur. Poliqonun üstü örtüldükdən sonra burada yaşıllıq işləri aparılacaqdır. Beləliklə zibillik bizə fantastik filmlərdə nümayiş etdirilən görüntüləri xatırlatmayacaq, müasir texniki avadanlıqla təchiz olunmuş və səliqəli obyekt kimi mövcud olacaq.
Ofisdə görüşün iştirakçılarına Balaxanı poliqonu haqda sənədli filmin kadrları nümayiş etdirilmişdir, bu əvvəllər zibilliyi görməyənlər üçün çox kədərli idi. Filmdəki kadrlar mənim üçün yeni deyil idi, zibilliyin real görüntüsü ilə bizim Balaxanıda daimi keçirilən layihələrimizdən kifayət qədər tanış idim. Ona görə də mən əsasən görüşün rəsmi hissəsinin sonunda nəzərdə tutulan sahəyə yola çıxmağı səbirsizliklə gözləyirdim.
Qeyd etmək istədiyim əsas məqamlardan biri odur ki, mənim bir mütəxəssis kimi istər ekoloji QHT nümayəndələri tərəfindən, istərsə də jurnalistlər tərəfindən qoyulmuş suallara rəhbərliyin konkret cavabları xoşuma gəldi.
– Siz poliqonda olduqdan sonra hansı dəyişiklikləri qeyd edə bilərsiniz?
– Artəq qeyd etdiyim kimi, mən əvvəllər Balaxanı poliqonunda olmuşam . Biz Balaxanıda BDU biologiya fakültəsinin bakalavr və magistrləri ilə bir sıra elmi işlər keçirmişik, bu yaxınlarda Balaxanı məktəblərinin şagirdləri ilə bu qəsəbənin ekoloji vəziyyəti ilə bağlı layihə baş tutmuşdur. Bu səbəbdən də mənim poliqonun əvvəlki və “Təmiz Şəhər” ASC –nin balansına verildikdən sonraki vəziyyətini muqayisə etmək imkanım var.
Balaxanı tullantı poliqonu sanitar – ekoloji tələblərə cavab vermirdi və böyük tüstülənən zibillik idi. Burada daimi zibillərin yandırılması nəinki ətraf mühitə eləcədə yerli sakinlərin sağlamlığına da neqativ təsir göstərirdi. Nəinki yerli camaat, hətta şəhər əhalisinin çox hissəsi daimi Balaxanı yaxınlığındakı ərazilərdə və H. Əliyev adına aeroporta gedən yolda tüstü və iyə diqqət yetirirdilər . Siz poliqona yaxınlaşdıqda o zaman oranın üstünün zibil dağları ilə örtüldüyünü görürdünüz. Çoxları bilmir ki, yerli əhali və uşaqlar buraya daimi gəlib satmaq üçün əşyalar axtarırdılar.
Dekabrın 17-si, jurnalistlər və ekoloqlar nümayəndələri qrupu tərkibində bu poliqona baş çəkərkən, buranı tanınmaz dərəcədə dəyişilmiş gördüm. Təmiz mavi səma, hava azacıq soyuq və küləkli idi. Əgər əvvəllər biz çürümüş , parçalanmış zibilin və tüstünün iyindən burada bir neçə dəqiqə belə dayana bilmirdiksə , indi biz bura üçün qeyri-adi təmiz havaya təəccübləndik. “Təmiz Şəhər” ASC –nin əməkdaşları bizi şlaqbaumun yanında qarşıladılar və poliqonda aparılan işlərin qısa təqdimatına başladılar.
Tanışlıq və informasiya mübadiləsindən sonra bizə hər şeyə özümüzün baxmağımız təklif olundu. Əvvəl biz girişdə dayandıq, əraziyə girən bütün avtomobillərin və insanların qeydiyyata alınmasını izlədik. Sonra təmir edilmiş yol ilə poliqonun dərininə getdik. Yol boyu Balaxanı poliqonunun əməkdaşları səmimiyyətlə poliqonun indiki vəziyyətinin problemləri və çətinlikləri haqda danışdılar və bu qısa müddətdə gördükləri işləri fəxrlə qeyd etdilər. Sonra biz tullantıların ilkin çeşidlənməsi aparılan ayrılmış bir sahəyə daxil olduq – burada metal, plastik və digər materiallar bir birindən ayrılır. İnsanlar xüsusi geyimdə, əlcəklərdə, respiratorlarla işləyirlər, onlar texniki təhlükəsizlik barədə təlimatlandırılıblar. İşçilər üçün bütün lazımi şərait yaradılıb. Poliqona artıq uşaqlar buraxılmırlar, əvvəllər burada sərbəst olaraq tullantıların utilizasiyasıyla məşğul olan yaxın qəsəbələrin 140 sakinindən çoxu çeşidləyici kimi işə cəlb edilmişdilər. Gəzintinin sonunda biz avtomobillərdə poliqonun bütün ərazisini gəzdik, ətrafda artıq qabaqki kim zibillər yox idi, tullantılar normal şəkildə yığışdırılmışdır, texnoloji proseslə torpaq qatı ilə üstünü örtmüşdülər. Hətta Böyük – Şor gölünün əks tərəfi artıq normal görünüşdədir ,hal bu ki, bu yaxınlara qədər bu mümkün deyil idi. Heç bir tüstü, heç bir iy yox idi. Nəzərdə tutulan birinci mərhələ – poliqonun üzərində təmiz səmaya nail olmaq başa çatmışdır.
– Təhlükəli tullantıları ilə nə olacaq, onlar Balaxanı poliqonuna qəbul ediləcəklər mi?
– Bu məsələ bizi də narahat edirdi. “Təmiz Şəhər” –in əməkdaşları tərəfindən məlumat verilmişdir ki, bəzi təhlükəli tullantı növləri üçün xüsusi məhdudiyyətlər qoyulmuşdur. Bu növ tullantılar xüsusi təyin edilmiş poliqona göndərilməlidirlər.
– Yaxın gələcəkdə poliqonda hansı işlər görüləcəyi planlaşdırılır?
– “Təmiz Şəhər” əməkdaşları tərəfindən qeyd edildiyi kimi çox tezliklə poliqonun ərazisinin hasara alınması üzrə işə başlanacaq. Yeni, 2010-cu ildə onlar poliqona daxil olan bütün zibil daşıyan maşınların yuyulması və dezinfeksiya edilməsi üçün qurğular işə salınacaqdır. Yekunda – Balaxanıdan şəhərə qayıdan zibil daşıyan maşınların mənfi təsiri azalacaqdır. Eləcədə qeyd edilmişdir ki, “Təmiz Şəhər” mövcud olan torpağın , suyun , havanın çirklənməsinin monitorinq tədqiqatını keçirməyə hazırlaşırlar. Poliqonun ekoloji təmizliyi dəfələrlə təkrar olunan tədqiqatlarla təsdiq edilməlidir, bu da istər peşəkar, istərsə də sadə şəhər əhli üçün vacibdir. Fevralın sonuna ASC bu tədqiqatların ilk sənədini hazırlamağı planlaşdırırlar. O cümlədən “Təmiz Şəhər” əməkdaşları poliqonda hər kvartal analiz aparmaq üçün yerli laboratoriyalarla danışıqlar aparır, bu da həmçinin aktuallıq kəsb edir.
“Bərk Məişət Tullantılarının Vahid İdarəçiliyi” layihəsi çərçivəsində Balaxanı poliqonunun tam reabilitasiyası 2011-ci ilin əvvəllərinə planlaşdırılır, bütün işlərin görülməsi və qurğuların quraşdırılması 2013-cü ildə bitəcəkdir.
