“Təmiz Şəhər” ASC iki beynəlxalq sertifikata layiq görüldü

27/10/2021 14:10

 “Təmiz Şəhər” ASC “Lloyd’s Register” sertifikatlaşdırma təşkilatı tərəfindən ISO 45001:2018  “Peşə Sağlamlığı və Əməyin Təhlükəsizliyi İdarəetmə Sistemi” və ISO 14001:2015 “Ətraf Mühiti İdarəetmə Sistemi” üzrə  beynəlxalq sertifiklara layiq görülüb. Tullantıların idarə olunması sahəsində səmərəli fəaliyyət göstərən “Təmiz Şəhər” ASC 10 ildən artıqdır ki, qarşısına qoyduğu vəzifələri uğurla icra etməkdədir. Görülən işlərdə keyfiyyətli idarəetməyə daim diqqət yetirən Cəmiyyət öz fəaliyyətini beynəlxalq standartların tələblərinə uyğunlaşdırmaq istiqamətində idarəetmə sistemlərinin effektivliyinin təkmilləşdirilməsi üzrə işləri davam etdirərək ciddi addımlar atır. Audit hesabatlarında “Təmiz Şəhər” ASC-nin əməkdaşlarının peşəkarlığı, iş prinsipinin beynəlxalq standartlara uyğunluğu və s. göstəricilər öz əksini tapıb.   Qiymətləndirməyə əsasən, “Lloyd’s Register” sertifikatlaşdırma təşkilatı tərəfindən Cəmiyyətin  ISO 45001:2018  “Peşə Sağlamlığı və Əməyin Təhlükəsizliyi İdarəetmə Sistemi” və eləcə də ISO 14001:2015 “Ətraf Mühiti İdarəetmə Sistemi” üzrə beynəlxalq standartları üzrə sertifikatları əldə etməsi, qurumda ətraf mühitə və əməyin təhlükəsizliyinə diqqətin yüksək səviyyədə olmasını göstərir.

 “Təmiz Şəhər” ASC, 2013-cü ildə ilk dəfə ISO 9001:2008 “Keyfiyyəti İdarəetmə Sistemi”, 2015-ci ildə ISO 14001:2004 “Ətraf Mühiti İdarəetmə Sistemi”, OHSAS 18001:2007 “Əməyin Mühafizəsi və Təhlükəsizliyi İdarəetmə Sistemi”, 2017 və 2020-ci illərdə isə ISO 9001:2015 “Keyfiyyəti İdarəetmə Sistemi” üzrə beynəlxalq uyğunluq sertifikatlarına layiq görülmüşdür. Qeyd edək ki, “Lloyd’s Register” təşkilatı  1760-cı ildən fəliyyət göstərir. Bu təşkilat dünyanın aparıcı şirkət və qurumlarında həyatın, əmlakın, ətraf mühitin təhlükəsizliyini qiymətləndirərək müvafiq sertifikatlar təqdim edir.