Balaxanı poliqonunda yaşıllaşdırma işləri davam etdirilir
28/05/2010 11:55
Ölkəmizdə ekoloji tarazlığın bərpası və ətraf mühitin qorunması məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 2010-cu il “Ekologiya ili” elan edilmişdir. Dövlət başçısının tapşırığına uyğun olaraq, “Ekologiya ili” çərçivəsində bir sıra mühüm tədbirlər, həmçinin yaşıllaşdırma kampaniyası keçirilir.
Bu kampaniya çərçivəsində İqtisadi İnkişaf Nazirliyinin və “Təmiz Şəhər” ASC-nin əməkdaşları mayın 29-da Balaxanı şəhər tullantılarının zərərsizləşdirilməsi poliqonu yaxınlığında müxtəlif ağaclar əkmiş və abadlıq işləri aparmışlar. Tədbir çərçivəsində 800-ə yaxın ağac və bəzək kolu əkilmişdir.
Bu, Balaxanı poliqonunda keçirilən ikinci bu cür tədbirdir və bu tədbirlərdə 1200-ə yaxın ağac və bəzək kolu əkilmişdir.
“Ekologiya ili” çərçivəsində belə tədbirlərin gələcəkdə də həyata keçirilməsi nəzərdə tutulur.
Qeyd edək ki, Balaxanı poliqonunda bərk məişət tullantılarının yanma mənbələri tamamilə ləğv edilmiş, zərərli tüstülənmə halları aradan qaldırılmış, daxili yolların böyük hissəsi təmir edilmiş, tullantıların qəbulu üçün meydança və zəruri infrastruktur, qəbul edilən tullantıların həcminin qeydiyyatı sistemi yaradılmışdır.