Bizim şəhərimiz – bizim gələcəyimiz!
28/05/2010 10:59
“Təmiz Şəhər” ASC-nin İdarə Heyətinin Sədri Zakir İbrahimovun “Business Time” jurnalına müsahibəsi
2010-cu il Azərbaycanda Ekologiya İli elan olunub. O ekologiya sahəsində geniş miqyaslı tədbirlərlə qeyd olunacaq: bərk məişət tullantıları və təhlükəli tullantıların idarə edilməsi sisteminin müasir tələblər səviyyəsinə çatdırmaqla, respublika ərazisini yaşıllaşdırmaqla, Xəzər dənizinin çirklənməsinin qarşısını almaqla Azərbaycanda çirkab sularının təmizlənməsi ilə bağlı konkret investisiya qoyuluşları planlaşdırılır. Ekoloji vəziyyətin yaxşılaşdırılması ilə bağlı müəyyən tədbirlər artıq həyata keçirilir.
Arayış: “Təmiz Şəhər” ASC 2008-ci il 12 mart tarixində ölkə Prezidenti tərəfindən 28 sentyabr 2006-cı il tarixində təsdiq edilən “Bakı şəhərində məişət tullantıları ilə bağlı idarəetmənin təkmilləşdirilməsi” haqqında Azərbaycan Respublikası Prezidentinin 6 avqust 2008-ci il tarixli Fərmanına uyğun olaraq “Azərbaycan Respulikasında Ekoloji Vəziyyətin Yaxşılaşdırılmasına dair 2006-2010-cı illər üçün Kompleks Tədbirlər Planı”nın həyata keçirilməsi çərçivəsində təsis edilmişdir. Adıgedən Fərmana əsasən şəhər tullantılarının müasir standartlara uyğun olaraq idarə edilməsi, yerləşdirilməsi və utilizasiyası, bu prosesin təşkilati şəkildə həyata keçirilməsi, eləcə də şəhərdə ekoloji vəziyyətin yaxşılaşdırılması və bu sahənin bazar iqtisadiyyatı prinsipləri əsasında inkişaf etdirilməsi “Təmiz Şəhər” ASC-nə həvalə edilmişdir.
“Təmiz Şəhər” ASC-nin İdarə Heyətinin Sədri Zakir İbrahimov Business Time-jurnalına verdiyi müsahibədə bərk məişət tullantılarının idarə edilməsi sahəsində Bakı şəhərində ekoloji vəziyyətin yaxşılaşdırılması ilə bağlı kompleks tədbirlərin həyata keçirildiyi barədə danışdı.
– Azərbaycan Hökuməti və Fransanın CNIM S.A. şirkəti hələ 2008-ci ilin dekabrında bərk məişət tullantılarının yandırılması zavodunun inşasına dair müqavilə imzalamışdır. Bərk məişət tullantılarının yandırılması zavodunun tikintisinə hazırlıqla əlaqədar hansı tədbirlər artıq həyata keçirilmişdir?
Müqavilə bağlandıqdan sonra, istər Azərbaycan, istərsə də podratçı tərəfindən böyük işlər görülmüşdür. Zavodun inşası üçün ayrılmış 20 hektar ərazidə geoloji və topoqrafik araşdırmalar və torpaq-planlama işləri həyata keçirilmişdir. 3 noyabr 2009-cu il tarixində ölkə Prezidenti cənab İlham Əliyevin iştirakı ilə zavodun təməlqoyma mərasimi keçirilmişdir. Zavodun inşası müqavilədə nəzərdə tutulan iş qrafikinə uyğun olaraq həyata keçirilir. Sifarişçi tərəfindən giriş yolu, elektrik təchizatı kimi zavodun fəaliyyət göstərməsi üçün əhəmiyyətli olan kənar infrastrukturların layihələnməsi və inşası ilə bağlı işlər həyata keçirilmişdir – yaxın vaxtlarda su, kanalizasiya və sairə ilə təchiz edilməsi planlaşdırılır. Zavod hər biri ildə 250 min ton bərk məişət tullantısı emal edən 2 xətdən ibarət olmaqla ildə cəmi 500 min ton həcmində bərk məişət tullantıları yandırmaq gücünə malik olacaq. Bununla belə, zavodun layihəsi zərurət yaranarsa əlavə 3-cü xətti işə salmağa və illik istehsal gücünü 750 min tona çatdırmağa imkan verir. Zavod eləcə də ildə 10 min tonadək tibbi tullantıları utilizə etməyə qadirdir. Bərk məişət tullantılarının yandırılması prosesi nəticəsində zavod ildə 231.5 milyon kilovat-saat elektrik enerjisi istehsal edəcək. Zavodun layihələndirilməsi, inşası və istismarında əsas diqqət ətraf mühitin mühafizəsinə yönəldirilir. Zavod ən yüksək yerli və xarici ekoloji standartlara cavab verəcək.
– Zavod nə vaxt istismara veriləcək?
– Zavodun istismara verilməsi 2012-ci ilin sonuna planlaşdırılır.
– Xahiş edirəm “Bərk Məişət Tullantılarının Vahid İdarəçiliyi Layihəsi” barədə bir qədər məlumat verin.
20 may 2009-cu il tarixində Dünya Bankı ilə Azərbaycan Respublikası adından İqtisadi İnkişaf Nazirliyi arasında krediti sazişi imzalandı. 29 sentyabr 2009-cu il tarixində “Bərk Məişət Tullantılarının Vahid İdarəçiliyi Layihəsi”nin təqdimat mərisimi keçirilmişdir. Layihə çərçivəsində Bakı və Abşeron ərazisində yaranan bərk məişət tullantılarının daşındığı Balaxanı poliqonunun yenidən qurulması layihəsi həyata keçirilir. Sözügedən layihə Abşeron yarımadasında bərk məişət tullantılarının yığılması (toplanması) və utilizasiyasının təkmilləşdirilməsini və bu reqionda ekoloji vəziyyətin yaxşılaşdırılmasını nəzərdə tutur. Layihə 5 il ərzində həyata keçiriləcək, layihənin ümumi dəyəri 41,5 milyon ABŞ dolları təşkil edir ki, bu məbləğin 29,5 milyon ABŞ dolları Dünya Bankı və yerdə qalan 12 milyon dolları isə Azərbaycan Hökuməti tərəfindən maliyyələşdirilir.
– Sözügedən layihənin başlıca hədəfləri hansılardır?
-Layihənin əsas hədəfləri bərk məişət tullantılarının idarəçiliyi ilə bağlı strategiyanın özünün işlənib hazırlanmasını, institusional islahatları və “Təmiz Şəhər” ASC-nin potensialının artırılması ilə bağlı tədbirləri, eləcə də Balaxanı poliqonunun yenidən qurulması və onun ətraf mühitə mənfi təsirlərinin aradan qaldırılmasını daxil edir. Bundan əlavə, digər poliqonların bərpa edilməsi, və qanunsuz zibilliklərin (poliqonların) bağlanması, tullantıların yığılması və daşınması üçün avadanlıqların alınması, ilkin və çeşidləmə məntəqələrinin yaradılması üçün texniki-iqtisadi əsaslandırmanın hazırlanması planlaşdırılır.
Onu da qeyd edim ki, layihə çərçivəsində “Təmiz Şəhər” ASC ilə birgə bir neçə il xarici ekspertlər də çalışacaq.
– Cənab İbrahimov, poliqonda ekoloji vəziyyətin yaxşılaşdırılması istiqamətində hansı işlər görülmüşdür?
– Balaxanı poliqonunun ətraf mühitə mənfi təsirlərinin azaldılması məqsədilə “Təmiz Şəhər” ASC bir sıra zəruri tədbirlər həyata keçirmişdir və həyata keçirməyə davam edir.
Onu qeyd etmək istərdim ki, Balaxanı poliqonu ötən ilin oktyabr ayının ortalarında “Təmiz Şəhər” ASC-nin balansına verilmiş və bu qısa müddət ərzində poliqonda bərk məişət tullantılarının yanma mənbələri tamamilə ləğv edilmiş, tüstü örtüyü aradan qaldırılmış, qəbul edilən tullantıların həcminin və texniki personalın və fiziki şəxslərin poliqonun ərazisinə girişi üçün ciddi qeydiyyat sistemi yaradılmış, eləcə də daxili yolların böyük hissəsi təmir edilmiş və tullantıların qəbulu üçün meydança və zəruri infrastruktur yaradılmışdır. Yaxın zamanda biz poliqonun bütün perimetri boyunca hasarın inşasına və ətraf ərazinin yaşıllaşdırılmasına başlayırıq.
2011-ci ilin əvvəlinə “Bərk Məişət Tullantılarının Vahid İdarəçiliyi Layihəsi” çərçivəsində poliqonun yenidən qurulması planı hazır olacaq. Poliqonun aktiv olmayan hissəsinin səthi istilik effekti yaradan qazların ətraf mühitə yayılmasına gələcəkdə mane olacaq müəyyən materiallarla örtüləcək. Poliqonun aktiv sahəsində isə həm alt, həm də üst qatlarında izolyasiyalı bir neçə xüsusi bölmələr nəzərdə tutulacaq. Bu ilk növbədə tullantıların çürüməsi nəticəsində yaranan filtrasiya sularının qrunt suları ilə qarşımasına və qruntun çirkləməsinə imkan verməyəcək və xüsusi təmizləmə vasitəsilə onlardan texniki su kimi suvarma məqsədləri üçün istifadə edilməsi mümkün olacaq. Tullantıların parçalanması nəticəsində ayrılan metan qazı xüsusi borular vasitəsilə çıxarılacaq və istilik və ya elektrik enerjisi istehsalı üçün istifadə olunacaq.
Bundan başqa, həmçinin yaşıllaşdırma və landşaftın bərpa edilməsi ilə bağlı işlər də nəzərdə tutulmuşdur. Zibilliyin yerində yaşıl mühafizə və yeni yaşıllıq zolağı salınacaqdır. Faktiki olaraq, poliqonun relyefi yenidən qurulacaq ki, bu da sözsüz ki, ümumi ekoloji fona öz müsbət təsirini göstərəcəkdir. Bütövlükdə, bütün səylər Balaxanı poliqonun tamamilə yenidən qurulmasına yönəlmişdir.
“Təmiz Şəhər” ASC əhalinin geniş təbəqəsinin diqqətini bərk məişət tullantılarının utilizasiyası probleminə cəlb etmək məqsədilə bu il çox saylı sosial aksiyaların keçirilməsini planlaşdırmışdır.
– Siz mətbuatla və QHT-lərlə əlaqələrinizi necə qurursunuz?
– “Təmiz Şəhər” ASC təsis edildiyi andan biz mütəmadi olaraq görülən və planlaşdırılan işlər barədə məlumatları KİV vasitəsilə ictimaiyyəti çatdırmışıq. Biz ictimaiyyətlə əlaqələrin düzgün qurulması istiqamətində xüsusi diqqəti müxtəlif ekoloji GHT-lərlə əməkdaşlıq etməyə yönəldirik.
Ötən ilin dekabr ayında, məsələn, sizin jurnalın əməkdaşlarının da iştirak etdiyi jurnalist və ekoloji GHT-lərlə görüş keçirilib.
Görüşün iştirakçılarına bərpa işlərinə başlamazdan əvvəl çəkilən Balaxanı poliqonu barədə sənədli film nümayiş etdirildi. Filmin kadrları hər kəsdə mənfi təəssüratlar yaratdı: ərazisinə görə iri olan zibil dağları ilə qalaqlanmış meydança, havaya qalxan tüstüdən səma görünməz olurdu, boz hava, heç bir yol yox və yalnız hər yer palçıq….
Filmə baxış keçirildikdən sonra biz jurnalistlərə və ekoloji GHT-lərin nümayəndələrinə poliqonda olmaq və tərəfimizdən görülən işləri bilavasitə yerində görmək imkanı yaratdıq. Qərar qəbul olundu. Bizim əməkdaşlarımız jurnalistlərin və ekoloqların suallarını yerindəcə cavablandırdı və onları poliqonda görülən işlərin cari vəziyyəti ilə tanış etdilər. Qonaqlar tullantıların ilkin çeşidlənməsi aparılan meydançalarla tanış oldu. Çeşidləyicilər qismində isə yaxınlıqda yerləşən qəsəbələrin sakinləri cəlb olunmuşlar, hansılar ki, əvvəllər də poliqonun ərazisində müstəqil olaraq tullantıların yığılması (toplanılması) ilə məşğul olublar. Çeşidləyicilər bütün zəruri fərdi mühafizə vasitələri ilə təmin olunub. Onu da qeyd etmək istərdim ki, cari ildə tullantıların avtomatik çeşidlənməsi üçün xüsusi avadanlığın quraşdırlması, eləcə də yolxucu xəstəliklərin yayılmasının qarşısını almaq məqsədilə zibilyığan maşınların poliqonun ərazisini tərk etməzdən əvvəl yuyulması və dezinfeksiyası üçün məntəqələrin yaradılması planlaşdırılıb. Meydançaya baxış keçirdikdən sonra ekoloqlar Böyük Şor gölünün qarşı tərəfinin aydın göründüyü yenicə təmir edilmiş yol ilə poliqonun dərinliyinə yollandı.
-Həqiqətən də, ofisdə nümayiş etdirilən film ilə Balaxanıda seyr etdiyimiz bu mənzərə arasındakı bu böyük fərqi gördükdə, bizim hamımızda ümid yaratdı ki, müəyyən bir vaxtdan sonra bu zibillik poliqonu müasir avadanlıqlarla təchiz edilmiş və abadlaşmış bir obyektə, Bakı şəhəri isə ekoloji təhlükələrdən uzaq təmiz bir şəhərə çevriləcək.
Azərbaycan regionda ekoloji təklükənin qarşısının alınması və aradan qaldırılması üçün bütün zəruri texniki və maliyyə resurslarına malikdir. 2010-cu ilin Ekologiya İli elan olunması ölkədə mövcud ekoloji problemlərə nə qədər ciddi yanaşıldığının bariz nümunəsidir. “Təmiz Şəhər” ASC-nin fəaliyyəti hökumətin ətraf mühitin mühafizəsi sahəsində yürütdüyü siyasətin bir hissəsidir.