UNICEF-in və Crown Agents şirkətinin əməkdaşları "Təmiz Şəhər" ASC-də olublar
02/11/2022 11:27
UNICEF-in Azərbaycandakı nümayəndəliyinin və Crown Agents şirkətinin əməkdaşları Bakı bərk məişət tullantılarının yandırılması zavodunda olublar. Birləşmiş Millətlər Təşkilatının iqlim dəyişikliyi ilə mübarizədə tibbi tullantıların idarə edilməsi üzrə qiymətləndirmə məqsədi daşıyan görüşdə qonaqlara zavodun fəaliyyəti və burada yaradılan şərait haqqında ətraflı məlumat verilib. Bildirilib ki, 2012-ci ildən fəaliyyətə başlayan zavod istehsal gücünə görə Şərqi Avropa və MDB məkanında bu tipli ən iri müəssisə hesab olunur. Zavod dördüncü nəsil (4G) texnologiyaların tətbiqi ilə Avropa İttifaqının ətraf mühitin mühafizəsi sahəsində ən sərt normativlərinə tam cavab verəcək şəkildə qurulub. Bakı şəhərində əmələ gələn tullantıların yandırılması nəticəsində 200 mln KVt saata qədər elektrik enerjisi istehsal olunduğu diqqətə çatdırılaraq, bunun da 100 min ev təsərrüfatını elektrik enerjisi ilə təmin etməyə imkan yaratdığı vurğulanıb. Təsərrüfat sahəsinə səfər çərçivəsində qonaqlar tullantıların yandırılması prosesini əyani şəkildə izləyiblər. Tullantıların düzgün idarə edilməsi sahəsində uğurlu nəticələrin əldə olunması üçün birgə fəaliyyətin daha da səmərəli olacağı ifadə edilib.