İçərişəhər sakinləri ilə «Çay məclisi» keçirilmişdir.

17/06/2010 11:00

İçərişəhərdə bərk məişət tullantılarının çeşidlənməsi üzrə «Təmiz Şəhər» ASC-nin əməkdaşları Qoruq sakinləri ilə məlumatlandırma xarakterli görüşlər keçirməyə başladı.

17 iyun 2010-cu il tarixində «İncəsənt bağında» çay süfrəsi arxasında “Təmiz Şəhər” ASC və “EkoSfera” Sosial-Ekoloji Mərkəzinin əməkdaşları İçərişəhər xanımlar ilə məlumatlandırma xarakterli görüş keçirdi. Görüşdə həmçinin İçərişəhər Dövlət Tarix-memarlıq Qoruğu İdarəsinin və ATƏT-in nümayəndələri də iştirak etdilər. Görüşün məqsədi İçərişəhərdə təşkil edilmiş çeşidləmə prosesi ilə yaxından tanışlıq, sakinləri narahat edən məsələlərin müzakirəsi və bu sahədə mövcud problem və maneələrin həll edilməsi üzr birgə fəaliyyət mövzularının müzakirəsi olmuşdur. Həmçinin çay süfrəsi zamanı qadınların dəstəyi ilə növbəti görüşün Qoruğun azyaşlı sakinləri olan uşaqlarla maarifləndirmə kampaniyasının təşkil edilməsi planlaşdırılmışdır.