Beynəlxalq auditor təşkilatı “Təmiz Şəhər” ASC-nin fəaliyyətini yüksək qiymətləndirdi

29/01/2024 15:53

"Təmiz Şəhər" Açıq Səhmdar Cəmiyyətində beynəlxalq standartların tələbləri əsasında ISO 14001:2015 “Ətraf Mühit İdarəetmə Sistemi" və ISO 45001:2018 “Peşə Sağlamlığı və Əməyin Təhlükəsizliyi İdarəetmə Sistemi” ilə bağlı növbəti nəzarət auditi başa çatıb. İdarəetmə sistemlərinin qurulması, tətbiqi, davamlı təkmilləşdirilməsi və beynəlxalq standartlara uyğun işlərin təşkili “LRQA” (Lloyds Register Quality Assurance) sertifikatlaşdırma təşkilatının aparıcı auditorları tərəfindən yüksək qiymətləndirilib. Auditin nəticəsində “Təmiz Şəhər” ASC-də tətbiq edilən İnteqrə Edilmiş İdarəetmə Sistemlərinin işlək vəziyyətdə saxlanılması, beynəlxalq standartlara uyğunluğu və effektivliyi bir daha təsdiq olunub və sertifikatlar qüvvədə saxlanılıb. Qeyd edək ki, "Təmiz Şəhər" ASC 2013-cü ildən etibarən ISO 9001:2015 "Keyfiyyəti İdarəetmə Sistemi", ISO 14001:2015 "Ətraf Mühiti İdarəetmə Sistemi" və eləcə də ISO 45001:2018 “Peşə Sağlamlığı və Əməyin Təhlükəsizliyi İdarəetmə Sistemi" üzrə beynəlxalq standartlar üzrə sertifikatları əldə edərək fəaliyyətini daim təkmilləşdirir.