“İnklüzivlik ayı” çərçivəsində Autizm Mərkəzi “Bizimlə böyüyən ağac” layihəsinə qoşuldu
26/04/2024 20:05
DOST Agentliyində “Könüllü DOST” proqramının 5 illiyinə həsr olunmuş “İnklüzivlik ayı” layihəsi çərçivəsində ağacəkmə aksiyası baş tutub. Aksiya “Təmiz Şəhər” ASC-nin dəstəyi ilə Autizm Mərkəzinin həyətyanı sahəsində keçirilib.
Həssas kateqoriyadan olan uşaqlara yerli şəraitə uyğun Eldar şamı tingləri paylanılıb, əkilən tinglərə qulluq qaydaları öyrədilib, “Bizimlə böyüyən ağac” layihəsi ilə bağlı məlumat verilib. Qeyd olunub ki, layihəsinin əsas məqsədi yeni yetişən gənc nəsilə təbətə qarşı sevgi aşılamaq və təhsil müəssisələrinin həyətyanı sahəsində yaşılıqları genişləndirərək ətraf mühitin mühafizəsinə töhfə verməkdir.
Ağacəkmə aksiyasının sonunda “Təmiz Şəhər” ASC tərəfindən uşaqlara ekoloji mühitin qorunması və bərk məişət tullantılarının düzgün idarə edilməsi ilə bağlı maarifləndirici bukletlər paylanılıb, müxtəlif hədiyyələr verilib.