Özbəkistanda Azərbaycanın Milli Sərgisi keçirildi.

08/11/2010 11:55

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu ilin sentyabr ayında Özbəkistan Respublikasına rəsmi səfəri zamanı iki ölkənin dövlət başçıları arasında Daşkənd şəhərində Azərbaycan Milli Sərgisinin keçirilməsi barədə razılıq əldə edilmişdir. Noyabrın 5-də Daşkənd şəhərində Azərbaycan Milli Sərgisinin açılış mərasimi olmuşdur. Özbəkistan Respublikası Baş nazirinin müavini, xarici iqtisadi əlaqələr, investisiya və ticarət naziri Elyer Qəniyev və Azərbaycan Respublikasının İqtisadi İnkişaf naziri Şahin Mustafayev sərginin açılış mərasimində çıxış etmişlər.

İlk dəfə keçirilən Milli Sərgidə Azərbaycan tərəfindən dövlət rəsmiləri və 160-dan çox müəssisə və təşkilat iştirak etmişdir. “Təmiz Şəhər” ASC də görülmüş işləri və gələcək planları əks etdirən stendlərlə bu sərgiyə qatılmışdır.