“Təmiz Şəhər” ASC AHİK tərəfindən mükafatlandırılıb
10/05/2024 16:50
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə keçirilmiş “Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə 2023-cü ilin ən yaxşı müəssisəsi (təşkilatı)” respublika müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi baş tutub. Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqı Şurası da daxil olmaqla sahələr üzrə həmkarlar ittifaqını təmsil edən 67 qalib müəssisəyə diplom və hədiyyələr təqdim edilib. Qalib olan müəssisələr arasında “Təmiz Şəhər” ASC-də yer alıb. Beynəlxalq Əmək Təşkilatı tərəfindən müəyyən olunmuş 2024-ci ildə Ümumdünya Əməyin Mühafizəsi Günü – “İqlim dəyişikliyinin əməyin mühafizəsi və sağlamlığına təsiri” devizi altında keçirilən tədbirdə müsabiqədə qalib olmuş müəssisələrin rəhbərliyi və KİV nümayəndələri iştirak ediblər.