“Təmiz Şəhər" ASC-nin Müşahidə Şurasının növbəti iclası keçirilib

12/09/2024 16:53

“Təmiz Şəhər” ASC-nin Müşahidə Şurasının sədri, Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevin sədrliyi ilə keçirilən iclasda Müşahidə Şurasının üzvləri, “Təmiz Şəhər” ASC-nin İdarə Heyətinin sədri və əməkdaşları, həmçinin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Azərbaycan İnvestisiya Holdinqinin nümayəndələri iştirak ediblər.

İclasda Cəmiyyətin fəaliyyəti ilə bağlı 2024-cü ilin birinci yarımilinin yekunları, o cümlədən Cəmiyyətin fəaliyyət istiqamətləri üzrə cari məsələlər müzakirə olunub və İdarə Heyətinə bir sıra tapşırıqlar verilib. Eyni zamanda “Təmiz Şəhər” ASC-nin dayanıqlı inkişafının təmin edilməsi məqsədilə növbəti addımlar barədə fikir mübadiləsi aparılıb. 

Qeyd edək ki, “Təmiz Şəhər” ASC-nin Müşahidə Şurasının tərkibi Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 22 sentyabr tarixli Sərəncamına əsasən yenidən formalaşdırılıb.