“Təmiz Şəhər” ASC ARDNŞ-nin Ekologiya İdarəsi ilə monitorinq keçirəcək
07/02/2011 09:45
“Təmiz Şəhər” ASC və ARDNŞ-nin Ekologiya İdarəsi Bakı şəhərinin müxtəlif ərazilərində məişət tullantıları ilə çirkləndirilən qeyri-qanuni tullantı poliqonlarının müəyyənləşdirilməsi və ləğv edilməsi sahəsində yaxından əməkdaşlıq edir. ARDNŞ-ə məxsus mədən ərazilərində belə poliqonların mövcudluğunu araşdırmaq məqsədi ilə “Təmiz Şəhər” ASC-nin və Ekologiya Idarəsinin mütəxəssislərindən ibarət birgə işçi qrupu yaradılmışdır. Qrupun mütəmadi olaraq reydlər keçirərək müşahidələr aparması və mədən ərazilərində qanunsuz olaraq yaradılmış məişət tullantı poliqonlarının ləğv edilməsi ilə əlaqədar müvafiq təkliflər hazırlaması nəzərdə tutulmuşdur.