Ekoloji vəziyyətin yaxşılaşdırılmasına verdiyi töhfəyə görə “Təmiz Şəhər” ASC ilin şirkəti seçilmişdir
18/03/2011 10:50
18 mart 2011-ci il tarixində Buta sarayında Uğur-2010” mükafatının təqdimat mərasimi keçirilmişdir. “Consulting&Business” jurnalı tərəfindən 2000-ci ildə təsis edilən bu mükafatın laureatları sırasında ötən il müxtəlif sahələrdə nailiyyətlər qazanmış ictimai xadimlər, dövlət təşkilatları və özəl şirkətlər var idi.
“Ekoloji vəziyyətin yaxşılaşdırılmasına verdiyi töhfəyə görə” nominasiyasında “Təmiz Şəhər” ASC də “Uğur-2010” mükafatına layiq görülmüşdür. Mükafat cəmiyyətin İdarə Heyətinin sədri Zakir İbrahimova təqdim olunmuşdur. Görülmüş işlərdə dəstəyə görə ölkə rəhbərliyinə, hökümətə, ətraf mühitin mühafizəsi sahəsində çalışan bütün işçilərə, o cümlədən mükafat təsisçilərinə öz təşəkkürünü bildirən Z.İbrahimov “Təmiz Şəhər” ASC-nin Bakı şəhərində ekoloji vəziyyətin yaxşılaşdırılmasına yönəlmiş fəaliyyətin gələcəkdə də davam etdiriləcəyini bildirmişdir.