Nəqliyyat vasitələrinin utilizasiyası ilə bağlı mediatur təşkil olunub

06/12/2024 20:43

Nəqliyyat vasitələrinin utilizasiyasını həyata keçirən “Fors” MMC-nin təsərrüfat sahəsinə “Təmiz Şəhər” ASC tərəfindən mediatur təşkil edilib. Mediatur çərçivəsində jurnalistlər nəqliyyat vasitələrinin utilizasiya prosesini yaxından izləyiblər. Onlar istifadəyə yararsız nəqliyyat vasitələrinin ilkin qəbulunu və utilizasiya prosesini mərhələli şəkildə müşahidə ediblər. Məlumat verilib ki, yararsız nəqliyyat vasitələri burada hissələrə ayrıldıqdan sonra əldə olunan məmulatlar çeşidlənərək təkrar emal məqsədilə müxtəlif müəssisələrə yönləndirilir. Bildirilib ki, bu günə qədər 40 nəqliyyat vasitəsi utilizasiyaya qəbul edilib.
İctimaiyyəti məlumatlandırmaq, o cümlədən vətəndaşların bu prosesdə yaxından iştirakını təmin etmək məqsədilə keçirilən mediaturda diqqətə çatdırılıb ki, nəqliyyat vasitələrinin utilizasiyası ətraf mühitin mühafizəsinə və yol hərəkətinin təhlükəsizlik səviyyəsinin yüksəldilməsinə xidmət edir.