“Təmiz Şəhər” ASC Moskva şəhərində MDB-nin 20 illiyinə həsr olunmuş sərgidə iştirak etmişdir
05/07/2011 10:50
28 iyun – 3 iyul 2011-ci il tarixlərində Moskva şəhərində Ümumrusiya Sərgi Mərkəzində Müstəqil Dövlətlər Birliyinin 20 illiyinə həsr olunmuş Dövlətlərarası Sərgi keçirilmişdir. Sərgidə MDB-yə üzv ölkələrdən rəsmi şəxslərlə yanaşı, müxtəlif sahələrdə fəaliyyət göstərən iş adamları iştirak etmişdir
Azərbaycanın milli pavilyonunda sənaye, kənd təsərrüfatı, yanacaq-energetika, ekologiya, informasiya texnologiyaları, mədəniyyət, turizm və digər sahələrə dair stendlər təşkil edilmişdir. “Təmiz Şəhər” ASC də Azərbaycanın milli pavilyonunda öz stendi ilə çıxış etmiş, ekologiya və ətraf mühitin mühafizəsi naminə gördüyü işlər haqqında sərginin qonaqlarına bəhs etmişdir.
Sərgi çərçivəsində baş tutan “Azərbaycan Milli Günü” çərçivəsində milli musiqimiz, beynəlxalq müsabiqələrdə qazanılmış uğurlar nümayiş etdirilmişdir.