Dünya Bankının nümayəndələri ilə “Təmiz Şəhər” ASC-də növbəti görüş keçirilib

24/06/2025 17:56

Dünya Bankının Azərbaycanda səfərdə olan nümayəndə heyəti və ölkə üzrə meneceri Stefanie Stallmeister ilə “Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyətində görüş keçirilib. Görüş zamanı Cəmiyyətin İdarə Heyətinin sədri Etibar Abbasov Dünya Bankı ilə Azərbaycan Hökumətinin bərk məişət tullantılarının düzgün idarə olunması istəqamətində həyata keçirdiyi birgə fəaliyyətlərin səmərəli olduğunu diqqətə çatdırıb.
Qonaqlar “Təmiz Şəhər” ASC-nin bərk məişət tullantılarının idarə edilməsi sahəsində əldə etdiyi müsbət təcrübəni yüksək qiymətləndiriblər və ətraf mühitin mühafizəsinə yönələn təşəbbüslərə dəstək verməkdə maraqlı olduqlarını bildiriblər.
Görüş zamanı Dünya Bankının Azərbaycanda bərk məişət tullantıların düzgün idarə olunmasına maraq göstərməsindən məmnunluq ifadə olunub  və birgə əməkdaşlıqların perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.