“Card to Art” sosial layihəsinin yeni tərəfdaşı - Sumqayıt Dövlət Universiteti
13/04/2026 15:32
Sumqayıt Dövlət Universitetində ekologiya ixtisası üzrə təhsil alan tələbələrin iştirakı ilə ətraf mühitə təsirlərin azaldılmasında sosial məsuliyyətdən, istehsalçıların genişləndirilmiş məsuliyyətindən tullantıların düzgün idarə edilməsindən bəhs edən görüş keçirilib. Tədbir çərçivəsində "Təmiz Şəhər" ASC-nin təşəbbüsü, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, "Yapı Kredi Bank Azərbaycan", "Facility Management Group", "PASHA Property Management", "Global Media Group", "Araz" supermarketlər şəbəkəsi, Azərbaycan Jurnalistlər Şəbəkəsi və "ECOhub"ın dəstəyi ilə keçirilən "Card to Art" sosial-ekoloji layihəsinə Sumqayıt Dövlət Universitetinin də qoşulduğu elan edilib. Plastik kartların toplanması üçün nəzərdə tutulan xüsusi qutu Universitetə təhvil verilib.
Qeyd edək ki, tullantıların azaldılmasına yönələn “Card to Art” sosial-ekoloji layihəsi çərçivəsində toplanacaq plastik kartlar yaradıcı şəxslərə yönləndiriləcək və onların toxunuşu ilə müxtəlif sənət əsərlərinə çevriləcək. Hazırlanmış incəsənət nümunələri Heydər Əliyev Fondunun təşəbbüsü ilə yaradılan “Tullantıdan Sənətə” muzeyində təşkil ediləcək “Card to Art” sərgisində ziyarətçilərə təqdim olunacaq.








