Mini-futbol çempionatı başa çatıb
14/06/2014 08:55
İqtisadiyyat və Sənaye Nazirliyinin Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə Nazirliyin qurumları arasında mayın 3-dən etibarən start verilmiş Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 91 illiyinə və Milli Qurtuluş Gününə həsr olunmuş mini-futbol çempionatı iyunun 14-də başa çatmışdır.
13 komandanın iştirak etdiyi çempionatın final görüşündə “Təmiz Şəhər” ASC və “Azərlotereya” ASC-nin komandaları qarşılaşmışlar. Gərgin idman mübarizəsi şəraitində keçən oyunda “Təmiz Şəhər” ASC-nin komandası 6:1 hesabı ilə qalib gəlmişdir.
Çempionatda ilk dörd yeri tutan komandalara və fərqlənən idmançılara fəxri fərman və hədiyyələr, çempionatın qalibinə – “Təmiz Şəhər” ASC-nin komandasına keçici kubok təqdim edilmişdir.
