“Təmiz Şəhər” ASC Dünya Konqresində iştirak edib

22/09/2016 11:55

19-21 sentyabr tarixlərində Serbiyanın Novıy Sad şəhərində Beynəlxalq Bərk Məişət Tullantıları Assosiasiyasının (ISWA) təşkilatçılığı ilə bərk məişət tullantılarının idarə edilməsi sahəsində ən böyük beynəlxalq elmi və praktiki tədbir olan İllik Dünya Konqresi keçirilib. 70 ölkədən 1400-ə yaxın nümayəndənin iştirak etdiyi tədbirdə Azərbaycanı “Təmiz Şəhər” ASC-nin idarə heyətinin sədri Etibar Abbasov və Layihələrin idarəolunması və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Faiq Məmmədov təmsil ediblər.

Tədbir çərçivəsində Azərbaycan nümayəndə heyəti Bakı şəhərində tullantıların idarə olunması, Abşeron göllərinin bərpası, Balaxanı Sənaye Parkının fəaliyyəti barədə geniş təqdimatla çıxış ediblər. Daha sonra tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.