Azərbaycan Beynəlxalq Ekoloji forumda
01/10/2012 08:41
Sentyabr ayının 27-28 tarixində Litvanin Druskininkai şəhərində “Tullantıların idarə edilməsi”nə dair ənənəvi illik ekoloji forum keçirilir. Azərbaycan ilk dəfə olaraq bu il, IDEA Kampaniyası və Azərbaycanın Litvadaki səfirliyinin dəstəyi ilə qeyd olunan beynəlxalq forumda iştirak etmişdir. Qeyd olunan 2 gün ərzində davam edən beynəlxalq forum zamanı Avropada tullantıların idarə edilməsi sahəsində hökumət və qeyri-hökumət təşkilatlarının təcrübəsi, habelə bu proseslərdə gənclərin rolu haqda fikir mübadiləsi aparılmışdır.
Azərbaycandan tədbirdə iştirak edən “Tamiz Shahar” ASC-nin layihələrin idarə edilməsi şöbəsinin müdiri Oqtay Məmmədov tədbir iştirakçılarına Bakıda tullantıların idarə edilməsinə dair aparılan uğurlu dövlət siyasəti və icra edilən layihələr haqqında məlumatlandırıb.